SOCAR-AQS beynəlxalq əlaqələrini genişləndirir

Küveytdə ikinci beynəlxalq neft-qaz sərgi və konfransı  keçirilmişdir. Xatırladaq ki, oktyabr ayının 11-dən 15-dək davam edən bu mötəbər beynəlxalq tədbir paytaxt Küveytin Mişref beynəlxalq sərgi salonunda təşkil olunmuşdur. İkinci dəfə keçirilməsinə baxmayaraq, sərgi və konfrans öz əhəmiyyətinə görə Qərbi Asiyanın neft-qaz sənayesi uzrə təşkil olunan nüfuzlu tədbirlərindən birinə çevrilməkdədir.

100-ə yaxın müəssisənin  texnologiya və avadanlıqlarının nümayiş olunduğu və xidmətlərin təqdim edildiyi sərgidə yerli və beynəlxalq neft-qaz şirkətlərindən onlarca peşəkar mütəxəssis iştirak etmişdir. Ölkəmizi bu nüfuzlu sərgidə neft-qaz qazması sahəsində öncül yerlərdən birini tutan SOCAR-AQŞ təmsil etmişdir. Xatırladaq ki, SOCAR-AQŞ ilk dəfə olaraq bu beynəlxalq tədbirdə öz sərgi stendi ilə çıxış etmiş, müəssisənin fəaliyyət istiqamətlərinə dair maraqlı təqdimatlarla geniş auditoriyanın rəğbətini qazanmışdır. Eyni zamanda, müəssisənin Xəzər dənizində yeni yataqlarda müasir texnika və texnologiyaların köməyilə yeni idarəetmə üsullarını müəffəqiyyətlə tətbiq edərək inteqrə olunmuş quyu və qazma xidmətlərini göstərməsi Qərbi Asiya mütəxəssislərinin böyük marağına səbəb olmuşdur. Xüsusilə də  yüksək təzyiqli və yüksək temperaturlu yataqlarda qazma işlərini aparmaq təcrübəsi  müəssisənin əməkdaşları ilə Küveyt, Misir və Səudiyyə Ərəbistanı kimi zəngin karbohidrogen ehtiyatlarına malik ölkələrin neftçi və qazma mühəndisləri arasında maraqlı fikir mübadiləsinə imkan yaratmışdır. 

Öz fəaliyyət çoğrafiyasını genişləndirməklə Azərbaycan neftçilərinin  tarixi şöhrətini bərpa etməyi qarşısına əsas məqsəd qoyan SOCAR-AQS  Qərbi Asiyada quruda və dənizdə qazma layihələrində iştirak etmək və qazandığı  uğurları yeni tərəfdaşlarla  bölüşmək niyyətindədir. Elə üç gün davam edən beynəlxalq sərgidə də Azərbaycan mütəxəssisləri dünyanın qabaqcıl neft sənayesi şirkətləri və təchizat müəssisələri ilə biznes münasibətləri yaratmış və gələcək işgüzar əlaqələrin əsasını qoymuşlar.

Yeri gəlmişkən, SOCAR-AQŞ-nin mütəxəssisləri mütəmadi olaraq bir çox mötəbər yerli və beynəlxalq sərgi və konfranslarda iştirak etmək üçün dəvətlər alır və belə tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Bu isə öz növbəsində SOCAR-AQŞ MMC-nin daha peşəkar tərəfdaşlarla işləyərək dünyanın qabaqcıl qazma şirkətinə çevrilməsi üçün yeni imkanlar yaradır.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında