Neftin qiyməti aşağı düşüb

Dünya Bankı məlumat verib ki, 2015-ci ildə neftin orta qiyməti  bir barel üçün 52 dollar təşkil edib. Beynəlxalq təşkilatlar isə neftin bir barelinin 57 dollar olacağını proqnozlaşdırmışdılar.

2016-cı il üçün verilən proqnoza görə, neftin bir barelinin qiyməti 10 dollar aşağı düşə, yəni 61 dollardan 51 dollara enə bilər. Lakin bu proqnoz da hələ tam deyil. Ekspertlərin bildirdiyinə görə, İran nefti də dünya bazarına çıxdıqdan sonra qiymətlər dəyişə bilər.

Son məlumatlara görə, Dünya Bankı neftin qiymətini belə müəyyən edib: “Brent” markalı neftin bir bareli 48,67 dollar, “WT1” markalı neftin bir bareli 46,63 dollar, “Dubai” markalı neftin bir bareli isə 46,14 dollara satılıb.

Xatırladaq ki, bu yaxınlarda OPEK-in baş katibi Abdalla əl-Bədri bildirmişdi ki, dünya bazarında neftin qiyməti artacaq. Onun sözlərinə görə, bu artım bəzi neft ixrac edən ölkələrin dünya bazarına neft ixracının dayandırılması və azaldılması hesabına olacaq.

 Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında