“Moody’s”: Azərbaycanın xarici aktivləri ölkə iqtisadiyyatı üçün dayaqdır

Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu getdikcə artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.

Rəsmi proqnozlara görə, 2014-cü il də daxil olmaqla gələcək 4 il üçün Azərbaycan iqtisadiyyatının real artım tempi orta hesabla təxminən illik 5 faiz olacaq. Mütəxəssislərin fikrincə, qlobal böhranın hələ də davam etdiyini nəzərə alsaq, bu, çox pozitiv rəqəmdir və yaxın illərdə iqtisadi islahatların davam etdiriləcəyindən xəbər verir. Son illərdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunda baş verən canlanma və diversifikasiya meyilləri proqnozlaşdırılan artımların reallaşacağına ümidləri daha da artırır.

Ekspertlər tərəfindən  2018-ci ilədək ölkə iqtisadiyyatının 23 faiz, yəni 12,6 milyard manat artacağı proqnozlaşdırılır. Bu müddət ərzində qeyri-neft sektoru 31,9 milyard manatdan 48,7 milyard manata qədər artacaq. Nəticədə ölkə iqtisadiyyatının neft amilindən asılılığı yaxın 4 ildə kifayət qədər azalacaq ki, bu da ölkəmizdə daha dayanıqlı maliyyə sisteminin formalaşmasını, işsizliyin və yoxsulluğun azalmasını, rəqabətlilik indeksinin artımını təmin edəcək.

Təbii ki, iqtisadi artım fonunda 2014-2017-ci illərdə əhalinin gəlirləri, orta aylıq əməkhaqları da artacaq. Nəticədə növbəti dörd ildə əhalinin gəlirləri orta hesabla illik 4-7 faiz artaraq 2017-ci ildə təxminən 56 milyard manata qədər yüksələcək. Bunu şərtləndirən əsas amil isə növbəti illərdə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında öz yerini möhkəmləndirməsi olacaq. Çünki neft sektorunda çalışanlarla müqayisədə qeyri-neft sektorunda məşğul əhalinin təxminən 40 dəfə artıq olması bu sahədəki inkişafın əhalinin daha böyük kəsiminin həyat şəraitinin yüksəlməsini və gəlirlərinin artmasını təmin edəcək. Bu müddət ərzində orta aylıq əmək haqqının da təxminən 41 faiz artaraq 618 manata çatması ehtimal edilir.

Ümumilikdə növbəti illəri ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının kəskin artacağı, rəqabətə davamlı yerli istehsal mühitinin təmin ediləcəyi, büdcədə neft gəlirlərinin payının azalacağı dövr kimi xarakterizə etmək olar. Həmçinin bu müddət ərzində əhalinin həyat şəraiti xeyli yüksələcək, iqtisadi dayanıqlılıq artacaq, daha çox real iqtisadiyyata söykənən büdcə formalaşacaq.

Azərbaycanın xarici aktivləri ölkə iqtisadiyyatını neft qiymətlərinin aşağı düşməsindən yaranan əks təsirlərdən qorumaq üçün dayaq yaradır.

Bu barədə “Moody’s” reytinq agentliyinin hesabatında məlumat verilib. Sənəddə, həmçinin ölkənin xarici və yerli valyutada olan dövlət istiqrazlarının “Baa3” səviyyəsində müəyyən olunub.  Agentliyin bildirdiyinə görə,  neft qiymətlərinin aşağı düşməsi “qara qızıl”dan asılı ölkə olan Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edib və tədiyyə balansına təzyiq göstərib. Lakin buna  baxmayaraq, ölkənin 2015-ci ilin sonuna 42 milyard dollar dəyərində olan xarici aktivləri aşağı neft qiymətlərinə uyğunlaşmağa şərait yaradıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında