Dünya bazarında neftin qiyməti qalxıb

“Brent” markalı neftin bir barrelinin qiyməti 1,2 faiz artaraq 50,34 dollar olub. Amerikanın" WT1" markalı neftinin qiyməti isə 1,5 faiz artaraq 47,11 dollar təşkil edib.

Qeyd edək ki, oktyabrın 13-də “Brent” markalı neftin bir barrelinin qiyməti 50 dollardan aşağı düşmüşdü. Oktyabrın 14-də isə neftin bir barrelinin qiyməti 49,99 dollar təşkil etmişdi.

ABŞ-ın Energetika Nazirliyinin verdiyi proqnoza görə, gələn ildən ABŞ-da neft istehsalı azaldılacaq. Amerikalı mütəxəssislər belə hesab edirlər ki, İran nefti də dünya bazarına çıxdıqdan sonra neft ucuzlaşa bilər və OPEK ölkələrinin gəlirləri azala bilər. Neftin ucuzlaşması nəticəsində Çində üçüncü rübdə iqtisadiyyatda 6,5 faiz artım olub.

Lakin OPEK-ə üzv ölkələr çalışırlar ki, dünya bazarında neftin qiyməti artsın və neft müəssisələrinə investisiya qoyuluşu artsın.

Qəzənfər  QASIMOV, 
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında