Maliyyələşdiriləcək yeni layihələr elan edilmişdir

Məlumat verildiyi kimi, dövlətimizin başçısının 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu carı ilin yanvarında uşaq qidası istehsalının təşkili, südlük cins heyvandarlıq komplekslərinin, həmçinin müasir standartlara cavab verən kiçik və ya ortahəcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədi ilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu elan etmişdi.
Aprelin 1-də təkliflərin qəbulu başa çatmış, fonda sahibkarlıq subyektləri tərəfindən ümumilikdə 16 təklif - uşaq qidası istehsalının təşkil olunması üzrə 3, südlük cins heyvandarlıq komplekslərinin yaradılması üzrə 8, müasir standartlara cavab verən kiçik və ya ortahəcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə isə 5 təklif daxil olmuşdur.
Təkliflər "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq araşdırılmış və aprelin 15-də güzəştli qaydada maliyyələşdiriləcək investisiya layihələri sahibkarların və KİV nümayəndələrinin iştirakı ilə nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda keçirilən tədbirdə elan edilmişdir. Uşaq qidası istehsalının təşkil olunması üzrə 1, südlük cins heyvandarlıq komplekslərinin yaradılması üzrə 3, müasir standartlara cavab verən kiçik və ya ortahəcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə 2 layihənin maliyyələşdirilməsi qərara alınmışdır.
Tədbirdə, həmçinin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, ölkə əhalisinin quş ətinə tələbatının daha dolğun ödənilməsi üçün müasir standartlara cavab verən ətlik istiqamətli quşçuluq (o cümlədən damazlıq broyler) təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə təkliflərin qəbulu elan edilmişdir.
Bu sahədə investisiya təklifi təqdim etmək istəyən sahibkarlar ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatları maliyyələşdirilməsi barədə müsbət qərar qəbul etdiyi investisiya layihələrini iyunun 16-dək SKMF-ə təqdim etməlidir.
Sahibkarlıq subyektlərinin investisiya təklifi zərfləri iyunun 17-də açılacaq və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, qurum tərəfindən araşdırılacaq və güzəştli qaydada maliyyələşdiriləcək layihələr iyulun 2-də elan olunacaqdır.
Tədbirdə, həmçinin fondun investisiya layihələrinin maliyyələşdirilməsinə daha bir yanaşması barədə məlumat verilmişdir. Azərbaycan Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, regionların, o cümlədən inzibati rayon və şəhərlərin tarazlı iqtisadi inkişafını təmin etmək məqsədi ilə qurum müvəkkil kredit təşkilatları vasitəsilə 2010-cu ildə respublikanın 8 iqtisadi rayonu (27 inzibati rayon və şəhər) üzrə sahibkarlıq subyektlərinin həmin inzibati ərazi üçün prioritet hesab olunan və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün layihələrin qəbuluna başlayır.
Sonda sahibkarların və KİV nümayəndələrinin sualları cavablandırılmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında