Yeni qurğu ildə 400 min ton bitum istehsalına imkan yaradacaq

Azərbaycanda emal sənayesinin imkanları ilbəil genişləndirilir, neft məhsullarının istehsalı sürətlə artır. Məhz bunun nəticəsidir ki, hazırda ölkəmiz dünyada, həm də neft məhsullarının ixracatçısı kimi tanınır. Son illər Azərbaycanın neft emalı müəssisələrinin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi istiqamətində də geniş miqyaslı tədbirlər həyata keçirilir.

Bu baxımdan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda görülən işlər diqqəti cəlb edir. Hazırda burada müasir avtomatik idarəetmə sistemlərinin tətbiqi istiqamətində reallaşdırılan tədbirlər uğurla davam etdirilir.

Yaxın vaxtlarda isə zavodda geniş modernləşdirmə və yenidənqurma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, 2015-2019-cu illər ərzində mərhələli şəkildə icra olunacaq həmin tədbirlər nəticəsində ölkəmizdə istehlak edilən bütün mühərrik yanacaqları “Avro-5” standartının tələblərinə tam cavab verəcək. Bununla yanaşı, SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi  yüksək keyfiyyətli xammalla (etan-etilen, propan-propilen və butan-butilen fraksiyaları) təmin ediləcək.  Heydər Əliyev adına Neft Emalı Zavodunun ərazisində illik məhsuldarlığı 400 min ton olan yeni bitum qurğusu da məhz burada nəzərdə tutulan  modernləşdirmə və yenidənqurma tədbirləri çərçivəsində inşa ediləcək.

Artıq bu məqsədlə POERNER GmbH (Poerner) tərəfindən zavodda neftdən bitum istehsalının təşkil olunması işlərinə başlanılmış və müqavilə danışıqları aparılmışdır. Danışıqların nəticəsi olaraq Poerner şirkətinin və layihə üzrə idarəedici podratçı qismində cəlb edilmiş Fluor şirkətinin rəhbərliyi ilə ilkin əlaqələndirmə iclası keçirilmişdir. İclasda SOCAR prezidentinin müşaviri Fərəməz Rüstəmov, emal üzrə vitse-prezidentin müşaviri Məhiyəddin İsmayılov, Heydər Əliyev adına Neft Emalı Zavodunun baş mühəndisi Nail Əmirov, modernləşdirmə və yenidənqurma işləri üzrə direktor müavini Fərid İbrahimxəlilov, Fluor və Poerner şirkətlərinin layihə üzrə texniki menecerləri Frederik Baars və Kristian Opitz, eləcə də digər mütəxəssislər iştirak etmişlər. Texniki müzakirələr zamanı səmərəli təkliflər verilmiş, geniş fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, yaxın vaxtlarda Poerner şirkəti tərəfindən baza layihələndirmə işlərinin aparılmasına start veriləcək.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında