ABŞ-ın maliyyə katibinin müavininin başçılıq etdiyi nümayəndə heyəti Xarici İşlər Nazirliyində olmuşdur

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, oktyabrın 19-da nazir Elmar Məmmədyarov ABŞ-ın maliyyə katibinin müavini Stüart Livinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-ABŞ münasibətləri, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə olunmuşdur. Nazir E.Məmmədyarov regional inkişafa ən böyük təhlükənin həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğal altında saxlanması olduğunu qonağın diqqətinə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında