Mərkəzi Bankda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair görüş keçirilmişdir

Mərkəzi Bankın sədri Elman Rüstəmov ABŞ-ın maliyyə katibinin müavini Stüart Livinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüş zamanı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycanla ABŞ arasında əməkdaşlıq müzakirə edilmişdir.
E.Rüstəmov ölkəmizin ABŞ-la ikitərəfli münasibətlərinin intensiv inkişaf edən istiqamətlərindən birinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə olduğunu qeyd etmiş, bu səfərin münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini bildirmişdir.
S.Livi təmsil etdiyi qurumun Azərbaycan ilə, o cümlədən Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu demişdir: "Biz də son illər çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlıq nəticəsində yaranmış əlaqələri müsbət qiymətləndiririk. Ümid edirəm ki, bizim münasibətlər gələcəkdə daha intensiv inkişaf edəcəkdir".
Görüşdə, həmçinin, Azərbaycan Mərkəzi Bankı ilə ABŞ Maliyyə Departamenti arasında əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında