Külli miqdarda vergidən yayınma faktları aşkarlanmışdır

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində həyata keçirilmiş tədbirlər nəticəsində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda təqsirləndirilərək həbs olunmuş mütəşəkkil cinayətkar dəstənin üzvləri ilə bağlı çoxepizodlu və mürəkkəb tərkibli cinayət işinin istintaqı tamamlanmış və ittiham aktı ilə məhkəməyə göndərilmişdir.

İstintaq tədbirləri nəticəsində sübuta yetirilmişdir ki, 7  iyul 2011-ci il tarixdən “Atrabank” ASC-nin Nəsimi filialının mühasibi, 3 mart 2014-cü ildən isə həmin filialın Xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Həsənağa Məmmədhüseyn oğlu Babayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaq məqsədilə tanışları Tərxan Ceyhun oğlu Şirinov, Elman Hətəm oğlu Rəhimov, Hüseyn Yadulla oğlu Bayramov, Əlirza Abuzər oğlu Kərimov və Səhadət Səməd oğlu Cəfərovdan ibarət, Qazıyev Səbuhi Ağabala oğlu isə Rzayev Ramşan Mahir oğlu və Əsgərov Elvin Cəmil oğlundan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq, 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik etmişlər.

Dəstə üzvlərinin adlarına 107 MMC yaradılmış, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməmiş, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə külli miqdar təşkil edən 1.270.884,46 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılmışdır.

İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi toplanmış təkzibolunmaz faktlarla – ilkin mühasibatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam sübuta yetirilmişdir. Dövlətə vurulmuş ziyandan 190.550 manatı ödətdirilmiş, 363.987 manat məbləğində əmlak üzərinə həbs qoyulmuşdur.

Cinayətkar dəstənin üzvlərinə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham elan edilmiş, onlardan yeddi nəfəri barədə məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə ittiham aktı respublika Baş Prokurorluğunda təsdiq olunaraq, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə  göndərilmişdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında