Şabranda inkişaf yüksək templə davam edir

Şabran Rayon İcra Hakimiyyətində cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəifələrə həsr olunan şura iclası keçirilib. Rayon icra hakimiyyəti başçısı Novruz Novruzov çıxışında  respublikamızda dinamik inkişafın təmin edilməsində Şabran rayonunun da öz payı olduğunu deyib. Bildirib ki, ölkə həyatının büün sahələrində reallaşdırılan əsaslı islahatlar, qazanılan sosial-iqtisadi uğurlar bu rayonun hərtərəfli və dinamik inkişafına geniş imkanlar açıb.

Yeni müasir istehsalatların yaradılması, rayonun  yüksək səviyyədə abadlaşdırılması, sakinlərin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş layihələr məhz dövlətimizin başçısının Şabrana olan xüsusi diqqətinin nəticəsidir və bu istiqamətdə işlər uğurla davam etdirilir.

Novruz Novruzov qeyd edib ki, cari ilin 6 ayında rayonda sənaye məhsulu istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz artaraq 4,6 milyon manata, kənd təsərrüfatı məhsulları istehsalı 9,5 faiz artaraq 42,5 milyon manata çatmışdır. Ümumi məhsul buraxılışının həcmi isə 92,7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 25,2 milyon və ya 37 faiz çoxdur. Rayon üzrə əhalinin pul gəlirləri 52  manat artaraq 50,7 milyon manata, adambaşına düşən pul gəlirləri 894 manata çatmışdır.

Rayonda sahibkarlığın inkişafı ilə əlaqədar tədbirlər davam edir. Yanvar-iyun aylarında sahibkarlıq subyektlərinin sayı 274 vahid artaraq 3579-a çatmışdır. Ötən 6 ayda sahibkarlıqla məşğul olan 4370 nəfərə müvəkkil banklar tərəfindən 6,4 milyon manat kredit verilmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də 16 sahibkara 896  min manat güzəştli kredit ayrılmışdır.

Natiq cari ilin 6 ayında rayonda 275 yeni iş yeri açıldığını,   bunun da 230-unun daimi iş yeri olduğunu diqqətə çatdırmış. Eyni zamanda, bildirmişdir ki, son 11 il 6 ayda   9579 iş yeri açılmışdır ki, bunun da  5268-i daimi iş yeridir.

Başçı çıxışında digər göstəricilərə də toxunmuşdur: Bu ilin birinci yarısında rayonun quşçuluq müəssisələrində 8,6 min ton quş əti istehsal edilmişdir. Un məmulatları istehsalı artaraq 14,8 min ton olmuşdur. Rayon iqtisadiyyatına yeni daxil olmuş “Uzunboyad Şirə-Şərab” zavodunda 91,9 min dekalitr şərab istehsal edilmişdir. Şabran “Aqro” MMC-də istixana şəraitində tərəvəz yetişdirilməsində müsbət nəticələr əldə edilmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən 145 ton məhsul toplanılmışdır.

İclasda, eyni zamanda, xatırladılmışdır ki, bu ilin 6 ayında rayon üzrə dövlət büdcəsinin yerli gəlirləri 2 milyon 152,7 min manat proqnoza qarşı 2 milyon 047,6  min manat və ya 95,1 faiz icra olmuşdur. Dövlət büdcəsinin yerli xərcləri 5 milyon 660,8 min manata qarşı 5 milyon 45,3 min manat və ya 89,1 faiz olmuşdur.

Bildirilmişdir ki, əhalini normal elektrik enerjisi ilə təchiz etmək üçün rayon Elektrik Şəbəkəsində yenidənqurma işləri davam edir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırda şəhərin müxtəlif yerlərində və kəndlərdə 13 ədəd yeni 10/04 kv.luq transformator məntəqəsi quraşdırılmışdır. Transformator məntəqələrinin quraşdırıldığı ərazilərdə 0,4 kv.luq hava elektrik veriliş xətlərinin SİB kabellə   əvəz edilməsinə başlanmışdır. Növbəti mərhələdə daha 15 yerdə yeni müasir tipli transformator məntəqələri quraşdırılması və 0,4 kv.luq xətlərin SİB kabellə əvəz edilməsi nəzərdə tutulmuşdur.

Yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam edir. Bu günlərdə daha bir kəndə-Pirəmsənə qaz xətti çəkilib.  İlin əvvəlində Zöhramı kəndinə qaz verilib. Hazırda  rayon əhalisinin 73 faizi qazla təmin olunub. İlin sonunadək daha 5 kəndə-Günəşli, Dağbilici, Sumaqova, Mumlu və Xəlilliyə də    qaz verilməsi nəzərdə tutulub.

Rayonda ümumi tutumu 3,7 min kubmetr olan 3 su anbarı və 2 nasos stansiyası əhalini içməli su ilə təmin edir. Artıq Şabran şəhərində 3804 abonentə yeni su şəbəkəsi ilə içməli su verilir. Abonentlər üçün yeni su sayğaclarının quraşdırılmasına başlanılmışdır. Sayğaclaşma tam başa çatdıqdan sonra əhaliyə içməli suyun verilməsi fasiləsiz olacaqdır.

İclasda ölkə  Prezidentinin kənd yollarının tikintisinə mühüm önəm verdiyi bir daha xatırladılaraq, qeyd edilmişdir ki, Şabran şəhərini kəndlərlə birləşdirən Şabran-Qalaaltı, Şabran-Düzbilici və Şabran-Çölquşçu-Çayqaraqaşlı yollarının abadlaşdırılması hazırda diqqət mərkəzində saxlanılır. Şabran-Qalaaltı yolunun artıq 7 kilometr hissəsi asfaltlanmışdır. Şabran Çölquşçu-Çayqaraqaşlı yolunun əsaslı təmiri üçün  layihə-smeta sənədləri hazırlanmış və  yaxın gələcəkdə  əsaslı təmirinə başlanılacaqdır.

Şabranda vətəndaşların qayğı və problemlərinə həssaslıqla yanaşılır. 2015-ci ilin birinci yarısında rayon vətəndaşları tərəfindən icra hakimiyyəti başçısının ünvanına 145, respublikanın digər təşkilatlarından 39 ərizə və şikayət daxil olmuşdur. Azərbaycan Respublikası Prezidenti Administrasiyasından isə 104 müraciət daxil olmuşdur. Bu müraciətlərdən 124-ü müsbət həll edilmiş, 10-u əsassız sayılmış,  140 müraciətlə bağlı müvafiq tövsiyələr verilmişdir. Qalan 14 müraciətin icrası nəzarətdə saxlanılmışdır.

Çıxışının sonunda qarşıda böyük vəzifələr durduğunu deyən  Novruz Novruzov qazanılmış nailiyyətlərin möhkəmləndirilməsi, ölkə başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunacağını, dövləti və dövlətçiliyi daim dəstəkləyən şabranlıların səylərini əsirgəməyəcəklərini əminliklə vurğulamışdır.

Məruzə ətrafında çıxış edən rayon maliyyə idarəsinin rəisi B. Nəzərov, ƏSMM rayon mərkəzinin direktoru E. Məmmədov, telekommunikasiya qovşağının rəisi C.Əkbərov 2015-ci ilin birinci yarısında görülən işləri qənətbəxş hesab etmiş və ili daha böyük uğurla yekunlaşdıracaqlarına əmin olduqlarını bildirmişlər.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında