"Oksford Liderlər Sammiti"ndə Azərbaycan iqtisadiyyatı müzakirə olunub

Böyük Britaniyanın Oksford şəhərində Avropa Biznes Assambleyasının təşkilatçılığı ilə oktyabrın 11-də keçirilən "Oksford Liderlər Sammiti"ndə Azərbayan Türkiyə İş Adamları Birliyinin (ATİB) fəxri sədri Ahmet Erentok da iştirak etmişdir.
Sammitin builki müzakirəyə çıxarılan əsas mövzusu "Böyüyən Avropa: Şərqi və Cənubi qonşu ölkələrlə münasibətlərin yeni çərçivəsi"nə həsr olunmuşdur.
Azərbaycanı təmsil edən Ahmet Erentok sammitdə "Avropa Birliyinin Şərqi və Cənub-Şərqi qonşuları ilə innovasiya və kommersiya əməkdaşlığı" mövzusunda çıxış edərək Azərbaycan iqtisadiyyatının günbəgün inkişaf etdiyini vurğulamışdır. Çıxışında Azərbaycanın iqtisadi inkişafında özəl sektorun və biznes innovasiyalarının roluna, ölkədə kiçik və orta sahibkarlığın inkişafı məsələlərinə xüsusi olaraq toxunan Ahmet Erentok həmçinin, yaranması geniş şəkildə müzakirə olunan regional innovasiya zonalarının Azərbaycanda tətbiqi imkanlarına, habelə, Avropa Birliyinin Azərbaycan üzrə ölkə fəallığı planına daxil olan aktual məsələlərdən də bəhs etmişdir.
ATİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, tədbirdə Şərqi və Mərkəzi Avropa, Baltik ölkələri, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunu təmsil edən 100-dən artıq aparıcı şirkətin rəhbərləri iştirak etmişlər.
İş adamlarının kommersiya kontekstində özlərini təqdim etmək və Avropa ətrafında öz mövqelərini gücləndirmək üçün ideal bir platforma rolunu oynayan bu forumda digər ölkələrin aparıcı şirkətlərinin rəhbərləri də çıxış etmiş və regional innovasiya zonalarının ölkələrində tətbiqi imkanları barədə fikirlərini bildirmişlər.
Qeyd etmək yerinə düşər ki, sosial tərəfdaşlıq üzrə beynəlxalq korporasiya olan Avropa Biznes Assambleyası mütəmadi olaraq müxtəlif ölkələrdə beynəlxalq forumlar, işgüzar görüşlər və sərgilər təşkil edir. Assambleya statistik göstəricilər, reytinq və PR agentliklərinin nəticələrinə əsasən Avropada sürətlə inkişaf edən effektiv şirkətlərin adlarını müəyyənləşdirir. Müstəqil qurum olan Avropa Biznes Assambleyasının əsas məqsədi şirkətlər üçün imic proyektlərini hazırlamaq, keçmiş postsovet ölkələrində iqtisadi və demokratik islahat proqramlarını dəstəkləmək, onların Avropa Birliyindəki nüfuzunu yüksəltməkdən ibarətdir. Assambleya öz məqsədlərini reallaşdırmaq üçün müəssisələr, ictimai təşkilatlar və biznes sahəsindəki liderlərə, istedadı və bacarığı ilə seçilən şəxslərə yardım göstərir, Avropada inteqrasiyaya və sosial inkişafa aparan biznes qurumlarının nailiyyətlərini qiymətləndirir.{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında