Neftçalada taxıl biçini qısa müddətdə başa çatıb

Kürün Xəzərə qovuşduğu diyarda - Neftçalada sosial-iqtisadi inkişaf xeyli sürətlənib.  Abadlıq-quruculuq işləri geniş vüsət alıb. Sənayedə və xüsusilə də aqrar sahədə nailiyyətlər qat-qat artıb.

Torpaq adamları çəkdikləri zəhmətin bəhrəsini gördükcə sevinirlər. Neftçala taxılçıları cari ili ümumilikdə bərəkətli hesab edirlər. Bu il Neftçalada 43 min 756 hektar sahədə taxıl əkilib. Əkinlərin 39 min 136 hektarı arpa, 4 min 620 hektarı isə buğdadır. Dövlətin taxılçılara göstərdiyi dəstəkdən yararlanan fermerlər biçin kampaniyasını qısa müddətdə uğurla başa çatdırıblar.

Əkinçilər arpa sahələrindən 98 min 111 ton məhsul götürüblər. Buğda yığımında isə daha yüksək nəticələr qəldə olunub. Çörək ətirli zəmilərdən 12 min 514 ton buğda yığılıb. Buğda sahəsinin hər hektarının məhsuldarlığı 27,1 sentnerə çatıb. Ümumilikdə, bu il Neftçala fermerləri taxıl sahələrindən 111 min 25 ton “sarı kəhrəba” əldə ediblər ki, bu da ötən ildəkindən 25 min 237 ton çoxdur.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında