Stansiyanın texniki-iqtisadi göstəriciləri getdikcə yaxşılaşır

Ölkəmizin elektroenergetika sisteminin ən iri obyektlərindən sayılan Azərbaycan İstilik Elektrik Stansiyasının texniki-iqtisadi göstəricilərinin daha da yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən aylarında da stansiyanın enerji bloklarının,  avadanlıqlarının dayanıqlı və qənaətli iş rejimi təmin olunmuş, dispetçer qrafikinə uyğun elektrik enerjisi istehsalı proqnozları tam yerinə yetirilmişdir.

Bundan əlavə, ilin ötən dövründə əsas avadanlıqların zədələnməsinə və sıradan çıxmasına səbəb olacaq qəza və imtina hallarına yol verilməmişdir.

 “Azərenerji” ASC-nin mətbuat xidmətinin məlumatına görə, ilin əvvəlindən müəssisədə texniki-iqtisadi göstəricilər üzrə verilmiş proqnoz tapşırıqlarının tam həcmdə yerinə yetirilməsi nəticəsində stansiyada 3,1 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Bununla yanaşı, ilin ötən dövründə stansiyada elektrik enerjisinin xüsusi sərfiyyatında qənaət əldə edilib. Bu məqsədlə enerji blokları və avadanlıqların dayanıqlı və fasiləsiz işinin təmin olunması məqsədilə profilaktiki yoxlama işləri aparılıb, ikinci enerji blokunda isə əsaslı təmir işləri davam etdirilib.

   Ölkə enerji sisteminin bütün sahələrində olduğu kimi,  Azərbaycan İstilik Elektrik Stansiyasında da avadanlıqların keyfiyyətli istismarının təşkili, enerji istehsalı üzrə dispetçer göstərişlərinin yerinə yetirilməsi, qəza və imtinaların sayının minimuma endirilməsi məqsədilə bütün zəruri tədbirlər ardıcıllıqla həyata keçirilib. Hazırda fəaliyyətini dispetçer qrafikinə uyğun davam etdirən stansiyada  sutka ərzində 10-12 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir.

Yeri gəlmişkən, stansiyada yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. Bu məqsədlə stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilib, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilib, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında