Bakıda "Azərbaycan Dəmir Yolları" QSC-nin 130 illik yubileyi çərçivəsində "Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu" mövzusunda biznes forumu keçirilir

Oktyabrın 12-də Bakıda "Azərbaycan Dəmir Yolları" QSC-nin 130 illik yubileyi çərçivəsində "Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu" mövzusunda biznes forumu işə başlamışdır.
1997-ci ildən fəaliyyət göstərən "Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu" biznes forumu Rusiyada, həmçinin MDB və Baltikyanı dövlətlərdə, eləcə də Finlandiya və Monqolustanda dəmir yolu xətləri üzrə diskussiyalar üçün nəzərdə tutulmuşdur. "1520" rəqəmi də bu ölkələrdə dəmir yolu xətlərinin enini göstərir.
Əvvəlcə Azərbaycanın, həmçinin digər ölkələrin dəmir yollarının inkişafı ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov qonaqları salamlayaraq, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətdə nəqliyyat sahəsinin xüsusi yer tutduğunu bildirmişdir. Natiq ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqətin bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini, nəqliyyat sektorunun inkişafına dair dövlət proqramlarının qəbul olunduğunu və ölkədaxili nəqliyyat yollarının müasirləşdirildiyini vurğulamışdır. Bildirmişdir ki, 2010-2014-cü illər üzrə dəmir yolunun inkişafına dair Dövlət Proqramının qəbul edilməsi dəmir yollarının yenidən qurulmasını, yeni vaqonların alınmasını nəzərdə tutur.
"Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin həyata keçirilməsində Azərbaycanın oynadığı roldan, yük daşımalarında Böyük İpək Yolunun əhəmiyyətindən danışan A.Şərifov, respublikamızın beynəlxalq nəqliyyat daşımalarında xüsusi yerini diqqətə çatdırmışdır. Hazırda tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan və region dövlətləri üçün əhəmiyyətini nəzərə çarpdıran Baş nazirin müavini, bu dəhlizin Avropa ilə Asiyanı birləşdirəcəyini, beynəlxalq yük daşımalarında önəmli rol oynayacağını qeyd etmişdir.
Çıxışının sonunda Azərbaycan dəmiryolçularını 130 illik yubileyləri münasibətilə təbrik edən Abid Şərifov biznes forumun uğurla keçəcəyinə əminliyini bildirmişdir.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov ölkəmizdə nəqliyyat sistemində görülən işlərdən, Prezident İlham Əliyevin bu sahəyə xüsusi qayğısından danışmışdır. Beynəlxalq dəhliz yollarının əhəmiyyətini vurğulayan nəqliyyat naziri Azərbaycan-Rusiya-İran arasında dəmir yollarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini, biznes forumun beynəlxalq nəqliyyat sisteminin modernləşdirilməsi, vahid nəqliyyat siyasətinin formalaşdırılmasında önəmli rol oynayacağını diqqətə çatdırmışdır. "Rusiya Dəmir Yolları" ASC-nin vitse-prezidenti Vadim Morozov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov, Litvanın nəqliyyat naziri Eligiyus Masyulis, "Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Əsgər Mamin və Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri Tadeuş Şozda mövzu ilə əlaqədar çıxış edərək, Qafqaz regionunun təbii-coğrafi mövqeyindən, dəmir yollarının strukturundan danışmış, bu sahənin inkişafının əhəmiyyətini vurğulamışlar. Bildirilmişdir ki, ölkədaxili dəmir yollarının müasirləşdirilməsi, dəmir yolu şəbəkələrinin inkişafı beynəlxalq yükdaşımaların artmasına səbəb olacaqdır. Natiqlər "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində görülən işlərin sürətləndirilməsi, bu dəhliz üzərindəki ölkələrdə dəmir yolu infrastrukturunun modernləşdirilməsi, yeni texniki vasitələrin alınması, vahid nəqliyyat siyasətinin formalaşdırılması məsələlərindən danışaraq, bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən bəhs etmişlər.
İşini bölmə iclasları ilə davam etdirən biznes forum oktyabrın 13-də başa çatacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında