Azərbaycanın 2020-ci ilə qədər qeyri-neft ixracının adambaşına 1000 dollara çatdırılması üçün strategiya hazırlanıb

Azərbaycan 2020-ci ilə qədər biznes mühiti və iqtisadiyyatın rəqabətqabiliyyətliliyi göstəricisi üzrə 30 ən qabaqcıl ölkələr sırasına daxil olacaq, qeyri-neft ixracı adambaşına 1000 ABŞ dollarına çatdırılacaq. 

Bu,  İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçisi olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ictimai müzakirəyə çıxardığı “Xarici investisiyalar və qeyri-neft ixracının təşviqi strategiyası (2015-2020)” layihəsində əksini tapıb.

Adıçəkilən strategiyanın reallaşdırılması nəticəsində Azərbaycan biznes mühiti və iqtisadiyyatın rəqabətqabiliyyətliliyi göstəricisi üzrə 30 ən qabaqcıl ölkələr sırasına daxil olacaq,  ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə stimullaşdırıcı mexanizmlər tətbiq olunacaq, qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal infrastrukturunun genişləndirilməsi üçün birbaşa xarici investisiyalar cəlb ediləcək, qeyri-neft ixracı adambaşına 1000 ABŞ dollarına çatdırılacaqdır.

Strategiyanın 2015-2017 və 2018-2020-ci illər olmaqla iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün hər mərhələ üzrə fəaliyyət planı hazırlanacaq. Bu işə yerli mütəxəssislərlə yanaşı, beynəlxalq ekspertlər də cəlb olunacaq. Fəaliyyət planı seçilmiş prioritetləri, qəbulu zəruri olan dövlət proqramlarını və normativ-hüquqi aktları, icraya məsul və tərəfdaş qurumları, hədəfləri və icra dövrünü müəyyən edir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında