Bu ilin ötən dövrü ərzində sahibkarlara 88,4 milyon manat güzəştli kredit verilib

Artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər ay, hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür.

 Bəli, bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.

Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Fəaliyyətində dinamik inkişaf siyasətini əsas götürən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə dövlətin güzəştli kreditləri məqsədli dövlət proqramlarının və ölkə Prezidentinin fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrasına, prioritet sahələrin maliyyələşdirilməsinə, regionların tarazlı inkişafına yönəldilir.

SKMF tərəfindən  2015-ci ilin ötən dövrü ərzində 2700-dən çox sahibkara 88,4 milyon manat güzəştli kredit verilib.  Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

İqtisadi İnkişaf Nazirliyindən aldığımız məlumatda göstərilir ki, hazırda sahibkarlar fonda təkcə  güzəştli kredit almaq məqsədilə müraciət etmirlər. SKMF həm də özəl bölmə nümayəndələrinə regionda və iqtisadiyyatın ayrı - ayrı sahələrində daha səmərəli fəaliyyət göstərilməsi, biznes tərəfdaşların tapılması, biznes əlaqələrinin uğurlu qurulması ilə  bağlı məsləhət xidmətləri göstərir. Bütün bunlarla yanaşı, güzəştli kreditlər hesabına prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə SKMF-də   idxalda əsas yer tutan və yerli istehsalı mümkün olan ərzaq və qeyri-ərzaq məhsullarının müəyyənləşdirilməsi istiqamətində müvafiq təhlillər aparılır.

Adı çəkilən fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında