Quyu fondunun genişləndirilməsi neft-qaz hasilatının sabitləşdirilməsini təmin edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) neft və qaz hasilatının sabit saxlanması istiqamətində konkret tədbirlər həyata keçirir.  Bu məqsədlə dənizdə və quruda yeni infrastruktur yaradılır, əlavə neft və qaz quyuları qazılıb istismara verilir.

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin qazmaçıları quyu fondunun genişləndirilməsinə mühüm töhfələr verirlər. Xatırladaq ki, trestin kollektivi hazırda ölkəmizin quru və dəniz ərazilərindəki 20-yə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun axtarış-kəşfiyyat və istismar qazma işlərini uğurla davam etdirir.Trestin sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, ölkə üzrə neft və qaz hasilatının sabit saxlanılması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədilə həyata keçirdiyi tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunur.  Trest tərəfindən “Bulla-dəniz” yatağındakı 122 nömrəli platformada qazılmış 124 nömrəli quyunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnmiş, “Qirməki üstü” Qumlu Lay Dəstəsinin 5900-5862,75 metr intervalına hazır süzgəc endirilmişdir. Mənimsəmə-sınaq işləri nəticəsində quyu sutkada 1 milyon 250 min kubmetr qaz və 250 ton kondensat hasilatı ilə istismara qəbul edilmişdir.

Bundan əlavə, işlənmənin növbəti mərhələsində olan “Neft Daşları” yatağında da hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi işləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə yeni quyular qazılır, köhnə quyular isə təmir olunaraq  istismara buraxılır. Bu günlərdə “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə 2585 nömrəli stasionar dəniz özülündən qazılmış 2593 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın “Qirməki üstü” Qumlu Lay Dəstəsinə qazılan quyu 2232-2228 metr intervaldan sutkalık 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

“Neft Daşları” yatağındakı 2192 nömrəli stasionar dəniz özülündəki 2198 nömrəli quyu isə əsaslı təmirdən sonra istismara verilmişdir. Quyu “Fasilə” Lay Dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 736-733 metr intervaldan gündəlik 17 ton neft hasilatı ilə istismara daxil edilmişdir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında