Gəlirlərə Nəzarət İnstitutunun və Beynəlxalq Şəffaflıq Təşkilatının hazırladıqları hesabatda Azərbaycan gəlirlərə nəzarət indeksinə görə 9-cu yerdə qərarlaşmışdır

Gəlirlərə Nəzarət İnstitutu və Beynəlxalq Şəffaflıq Təşkilatı hökumətlərin neft, qaz və mədən sənayesində idarəetmənin şəffaflığının ilk qiymətləndirilməsinə dair hesabat hazırlamışlar. Təbii resursların əsas istehsalçısı olan ölkələr arasında əsaslı müqayisəyə imkan verən Gəlirlərə Nəzarət İndeksinə görə Azərbaycan Amerika Birləşmiş Ştatları, Cənubi Afrika Respublikası, Malayziya, Çin, Səudiyyə Ərəbistanı, Küveyt kimi ölkələri qabaqlayaraq 9-cu sırada yer tutmuşdur.
Hesabatda 41 ölkənin hökumətinin neft, qaz və digər faydalı qazıntıların işlənilməsi üçün əldə etdiyi gəlirlərin, müqavilələrin və digər məlumatların ictimaiyyətə açıqlanması müqayisə olunmuşdur. Ölkələr gəlirlərin yüksək, orta və az şəffaflığı ilə fərqlənən kateqoriyalarına bölünmüşlər. Azərbaycan Braziliya, Norveç, ABŞ, Çili, Rusiya və digər bir neçə ölkə ilə birlikdə gəlirlərin yüksək şəffaflığı ilə fərqlənən dövlətlər sırasında olmuşdur.
Hesabatın ölkəmizə aid hissəsində qeyd olunmuşdur ki, Azərbaycan 100 mümkün xaldan 75,5 xalla 41 ölkə arasında 9-cu sırada yer almışdır. Hesabatın təbii ehtiyatlar fondu parametrinə görə Azərbaycana 100 xal verilmişdir. Qiymətin maksimum olması onu göstərir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanan və idarə olunan gəlirlərlə bağlı verilən hesabatlar tam, şəffaf və dolğun şəkildə müntəzəm olaraq təqdim edilir.
Azərbaycan sənədin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü parametrində də maksimum - 100 xal yığmışdır. Qeyd edilir ki, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə kimi ən yüksək balı almağa layiqdir. Azərbaycan bu təşəbbüsdə dünyada lider rolunu oynayır.
Hesabatın gəlirlərin əldə edilməsi parametrinə görə Azərbaycana 76,3 xal verilmişdir. Bu sahədə göstəricinin kifayət qədər yaxşı olması onu göstərir ki, neft və qaz sənayesindən əldə edilən gəlirlə bağlı məlumatlar ictimaiyyət üçün əlverişlidir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında