Prezident İlham Əliyevin Bakı Biznes Mərkəzindəki nitqi Azərbaycan Sahibkarlar Konfederasiyası üçün proqram sənəddir

Prezident İlham Əliyevin Bakı Biznes Mərkəzindəki nitqi sahibkarlar və ASK üçün proqram sənəddir.

{nl}

Bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı İdarə Heyətinin sədri Məmməd Musayev martın 16-da Yeni Azərbaycan Partiyasının qərargahında keçirilmiş mətbuat konfransında demişdir.

{nl}

M.Musayev Azərbaycanda sahibkarlıq fəaliyyətinə göstərilən diqqətin artırıldığını qeyd etmiş, kənd təsərrüfatının, regionların, kiçik və orta sahibkarlığın inkişafından, sahibkarlıq mühitinin yaxşılaşdırılmasından söz açmışdır. Bildirmişdir ki, Azərbaycanda biznes mühitinin yaradılması və ixrac potensialının artırılması məsələləri dövlətimizin başçısının ən çox diqqət yetirdiyi məqamlardan biridir. Bu məqsədlə xaricdəki səfirliklərimiz, xarici dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə geniş iş aparılmalıdır.

{nl}

Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq olduğunu qeyd edən M.Musayev ölkədə istehsal edilən  məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ehtiyac olduğunu bildirmişdir. ASK-nın Azərbaycan hökuməti ilə yaxından əməkdaşlıq etdiyini bildirən M.Musayev vurğulamışdır ki, məqsəd sahibkarlara keyfiyyətli kredit xidmətinin göstərilməsi, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması və biznes mühitinin inkişafını təmin etməkdir. Sahibkarların hüquqi biliklərinin artırılması üçün ASK tərəfindən  hüquqi xidmət göstərilir.

{nl}

Sonra M.Musayev tədbir iştirakçılarını “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının maliyyə göstəriciləri ilə tanış etmişdir. Məlumat vermişdir ki, qurumun bu günə olan nizamnamə kapitalı 18,5 milyon manatdır. Aktivləri 25,3 milyon manata, kredit portfeli isə 16 milyon manata çatmışdır. İqtisadi İnkişaf Nazirliyi və Sahibkarlığa Kömək Milli Fondu ilə yaxından əməkdaşlıq edən “Aqrarkredit” 12 regional filialı vasitəsilə 46 rayonda kreditlərin verilməsini həyata keçirir. Ümumi kredit qoyuluşunda kənd təsərrüfatına ayrılan kreditlərin həcmi 4,7 faizdir. Təşkilat bu sahədə kreditlərin məbləğinin artırılmasına çalışır. Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun “Şimal-Şərq” layihəsi çərçivəsində kredit birliklərinə 500 min manat kredit verilmişdir. Bu layihə Xızı, Dəvəçi, Siyəzən və Abşeron rayonlarını əhatə edir. Təşkilat yeni bir tenderdə qalib gəlmişdir. Bunun sayəsində “Şimal-Qərb” layihəsi çərçivəsində Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonlarındakı kredit birliklərinə 4 milyon manat kredit veriləcəkdir. Əsasən ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 milyon manatdan çox kredit vermiş “AzərTürkBank” Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin qurulmasında yaxından iştirak edir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında