Elektrik şəbəkələrində qışa hazırlıq işləri görülür

Hazırda ölkəmizin enerji müəssisələrində payız-qış mövsümünə hazırlıq işləri sürətlə davam etdirilir. Gəncə Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin əhatə etdiyi rayonlarda da bu istiqamətdə əvvəlcədən tərtib olunmuş plan-qrafik əsasında məqsədyönlü tədbirlər həyata keçirilir.
Müəssisədən "Azərenerji" ASC-nin mətbuat xidmətinə daxil olan məlumata görə, bu tədbirlər çərçivəsində 35, 110 və 330 kilovoltluq elektrik verilişi xətlərinin 62 kilometrə yaxın hissəsi əsaslı təmir edilmişdir. Hazırlıq işləri çərçivəsində 2 ədəd traves, 3 ədəd dayaq və 1800-ə yaxın izolyator yenisi ilə əvəz edilmişdir ki, bu da enerjinin ötürülməsində dayanıqlığı daha da artırmışdır. Yeri gəlmişkən, 35, 110 və 330 kilovoltluq yarımstansiyalarda da 6 ədəd transformator, 7 ədəd yağ açarı əsaslı, 25 ədəd transformator və 60 ədəd yağ açarı isə cari təmir edilmişdir.
Ötən müddətdə 110 kV-lik II "Veyisli" elektrik verilişi xəttinin eleqaz açarlı yuvası quraşdırılaraq istismara verilmişdir. 330 kV-lik "Gəncə" yarımstansiyasında 125 MVA-lıq avtotransformatorun 330 kV-lik birinci sistem şin ayırıcısı və xətt ayırıcısı müasir tipli ayırıcılarla əvəz edilmiş, 110 kV-lik I və II "Veyisli" elektrik verilişi xətlərinin rele-mühafizə qurğuları isə dəyişdirilmişdir. Bununla yanaşı, I və II "Kür" EVX-də də analoji iş həyata keçirilmişdir.
"Azərenerji" ASC-nin məlumatına görə, 110 kV-lik "Zəyəm" yarımstansiyasında 25 MVA gücündə 2 saylı transformator əsaslı təmirdən çıxarılmış, iki ədəd - 125 və 200 MVA-lıq avtotransformator cari təmir olunmuşdur. Bundan başqa, 35 kV-lik "PQ-50" yarımstansiyasında 3,2 MVA-lıq transformator 4 MVA-lıqla və onun yağ açarı eleqaz açarı ilə əvəz edilmişdir. Bütün bunlarla yanaşı, müəssisənin balans mənsubiyyətinə aid olan yüksək gərginlikli digər avadanlıq və EVX-lərdə də əsaslı və cari təmir işləri həyata keçirilmişdir.
Son üç ayda müəssisənin xidməti ərazilərində - Şəmkir, Gədəbəy, Tovuz, Gəncə, Samux, Daşkəsən, Göygöl, Ağstafa və Qazax bölgələrində 54 ədəd transformator məntəqəsi və müxtəlif güclü 103 transformator da əsaslı təmir olunmuşdur. Bununla yanaşı, 160 transformator məntəqəsi və 454 transformatorda isə cari təmir işləri həyata keçirilmişdir. Eyni zamanda, müəssisənin xidməti ərazilərindəki ümumi uzunluğu 106 kilometrə yaxın 0,4 - 6 və 10 kV-lik elektrik verilişi xətlərində də yenidənqurma, əsaslı və cari təmir işləri aparılmışdır.
Bütün bunlara baxmayaraq, şəbəkənin kollektivi görülən işlərlə kifayətlənmir, nəzərdə tutulan tədbirlərin ardıcıllıqla həyata keçirilməsi üçün imkanlardan maksimum istifadə etməyə çalışırlar.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında