Naxçıvan MR Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov oktyabrın 4-də Dünya Bankının Azərbaycan Respublikası üzrə nümayəndəsi Jozef Ouenlə görüşmüşdür.
Ali Məclisin sədri qonağa yeni vəzifəsində uğurlar arzulayaraq demişdir: Naxçıvan Muxtar Respublikası ilə Dünya Bankı arasındakı əlaqələr Azərbaycan-Dünya Bankı çərçivəsində uzun müddətdir ki, davam edir. Bu əlaqələr muxtar respublikada içməli su xətlərinin çəkilişi, kənd təsərrüfatında suvarma-drenaj şəbəkələrinin təmir-bərpa, kiçik miqyaslı irriqasiya işlərinin aparılmasında və digər sosial sahələrin yaxşılaşdırılmasında öz bəhrəsini verir. Hazırda muxtar respublikada Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri" layihəsi həyata keçirilir.
Ali Məclisin sədri Dünya Bankı nümayəndəsinin Azərbaycandakı fəaliyyəti dövründə qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Jozef Ouen Dünya Bankının muxtar respublikada kifayət qədər geniş fəaliyyət sahəsi olduğunu, kənd investisiya layihəsi çərçivəsində 130 kiçik layihənin həyata keçirildiyini bildirmişdir. İçməli su təminatı və suvarma şəbəkələri yaradılmış, elektrik təchizatı yaxşılaşdırılmış, kiçik tibb məntəqələri təmir olunmuşdur. Suvarma sahəsində su istifadəçiləri ilə birgə işlər aparılmış və bu layihələr çox uğurla həyata keçirilmişdir. Biz bu sahədə növbəti layihəni də reallaşdırmaq niyyətindəyik.
Görüşdə "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri" layihəsi çərçivəsində muxtar respublikanın bir sıra rayonlarında görüləcək işlər müzakirə edilmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında