İyirmi ikinci çağırış Azərittifaq Şurasının üçüncü yığıncağı keçirilmişdir

Azərbaycan Kooperasiya Universitetinin iclas zalında iyirmi ikinci çağırış Azərittifaq Şurasının üçüncü yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə Azərittifaqın idarə heyətinin sədri Eldar Quliyev açmışdır.

İlk öncə şura yığıncağının gündəliyinə daxil olan birinci məsələ – Azərittifaq Şurasının, Azərbaycan Kooperasiya Universitetinin elmi şurası və Bakı Biznes və Kooperasiya Kollecinin pedaqoji şurası ilə birgə Azərbaycan xalqının ümummillli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “İqtisadiyyatın kooperativ sektorunda innovasiyalar və yeni texnologiyalar” mövzusunda elmi-praktik konfrans öz işinə başlamışdır.

Tədbir iştirakçıları Azərittifaqın idarə heyətinin sədri  Eldar Quliyevin “Azərbaycanda kooperasiyanın inkişafının Heydər Əliyev mərhələsi”, Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatma Quliyevanın “Heydər Əliyev müasir milli təhsil strategiyasının qurucusudur”, universitetin kafedra müdiri, professor Vilayət Əliyevin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusudur”, universitetin tələbə gənclər təşkilatının sədr müavini Seymur Ramazanov “Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir” mövzusunda məruzələrini dinləmişlər.

Sonra gündəlikdə olan digər məsələ – 2014-cü ilin maliyyə – təsərrüfat fəaliyyətinin yekunları və 2015-ci ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının qarşısında duran vəzifələr müzakirə edilmişdir. Hesabat məruzəsi ilə çıxış edən Azərittifaq Şurasının prezidenti Eldar Quliyev bildirmişdir ki, 2014 - cü il də ölkəmizin  iqtisadiyyatı üçün uğurlu olmuşdur. Belə ki,  Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi sürətləndirilmişdir. Bütün bunların bünövrəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə yaranmış  ictimai-sabitliyin dayandığını bildirən natiq ötən il əldə olunmuş uğurları sadalamışdır.

Məruzəçi bildirmişdir ki, əldə olunan göstəricilərdə ölkə iqtisadiyyatında öz yeri olan kooperasiyanın da payı vardır. Belə ki, 2014-cü ildə kooperativ təşkilatlar tərəfindən 1843,2 min manatlıq istehlak malları satılmış, 435,5 min manatlıq iaşə xidməti göstərilmiş, 522,5 min manatlıq kənd təsərrüfatı məhsulları tədarük olunmuş, 44,9 min manatlıq məhsul istehsal edilmişdir. Hesabat ilində sistemin fəaliyyəti ümumilikdə 79,5 min manat mənfəətlə nəticələnmişdir. Ticarət, ictimai -iaşə, tikinti, kənd təsərrüfatı sahələri planlaşdırılandan artıq mənfəət əldə etmişlər. İllik mənfəətin 78 faizi pərakəndə ticarətin, 15,6 faizi isə ictimai-iaşənin payına düşmüşdür. Bu sahədə Ağcabədi, Quba, Zaqatala, İsmayıllı, İmişli, Kürdəmir, Tovuz, Masallı, Zərdab, Göyçay, Goranboy, Liman, Saatlı, Salyan, Balakən, Gəncə kooperativ təşkilatları xüsusilə fərqlənmişlər.

Eldar Quliyev uğurlarla yanaşı, kooperativ təşkilatlarının fəaliyyətində olan bəzi nöqsan və çatışmazlıqları da sadalamışdır.

Sonra Azərittifaqın təftiş komissiyasının sədri Sədi Mehdiyev hesabat vermişdir, 2015-ci il üçün Azərittifaqın mərkəzi idarəetmə aparatının saxlanması xərclərinin smetası, iyirmi ikinci çağırış Azərittifaq Şurasının  ikinci yığıncağından keçən dövr ərzində Azərittifaqın İdarə Heyətinin əsas vəsaitlərin və tikintisi yarımçıq qalmış obyektlərin satışına dair qərarları təsdiq olunmuş, Azərittifaq Şurasının tərkibində bəzi dəyişikliklər edilmişdir.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında