Bu ilin ilk rübündə “Azərbaycan” İES-də 2,2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub

Cənubi Qafqaz regionunun ən böyük generasiya güclərindən sayılan “Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) ötən ili uğurla yekunlaşdırdığı kimi, cari ilin ilk rübünü də təqdirəlayiq texniki-iqtisadi göstəricilərlə başa vurub.

 “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, cari ilin mart ayında stansiyada 736,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bütövlükdə isə ölkəmizin elektrik enerjisi ilə təchizatına mühüm töhfələr verən “Azərbaycan” İES-in kollektivi əzmkarlıqla çalışaraq birinci rüb ərzində 2 milyard 227,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsalına nail olub. 

Xatırladaq ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit rejimdə işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib. İlin ötən dövründə enerji sisteminin bütün müəssisələrində olduğu kimi, “Azərbaycan” İES-in də normal fəaliyyətinin davam etdirilməsi üçün  mühüm tədbirlər həyata keçirilib. Belə ki, tərtib edilmiş təmir qrafikinə uyğun olaraq son üç ay ərzində bir enerji blokunda cari təmir işləri həyata keçirilib, eyni zamanda, stansiyanın digər avadanlıqlarında da müvafiq tədbirlər davam etdirilib. Bundan əlavə, köməkçi istehsalat sahələrində avadanlıq, bina və qurğularda təmir-profilaktika işlərinin aparılması nəzərdə tutulub. Artıq bu istiqamətdə müfafiq işlər görülür

Yeri gəlmişkən, ölkəmizin bütün elektroenergetika obyektlərində olduğu kimi, “Azərbaycan” İES-də də yanğına qarşı təhlükəsizlik tədbirləri daim diqqət mərkəzində saxlanılır. Belə ki, ilin ötən dövründə stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətiriib, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilib, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında