Azərbaycan ilə İran arasında iqtisadi sahədə əməkdaşlıq daim inkişafdadır

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Artur Rasizadə Azərbaycan ilə İranı qədim tarixi və mədəni tellərin bağladığını, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Bir çox sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın daimi inkişafını diqqətə çatdıran Baş nazir ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını demişdir.
Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Artur Rasizadə bildirmişdir ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Baş nazir Azərbaycanın son illər dinamik iqtisadi inkişafı barədə də danışmışdır.
İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədi Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyini diqqətə çatdırmışdır. Qonaq Azərbaycan-İran siyasi və iqtisadi münasibətlərinin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.{nl}


Müstəqil Dövlətlər Birliyinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 8-ci iclasının iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər
Sentyabrın 29-da Müstəqil Dövlətlər Birliyinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 8-ci iclasının iştirakçıları Fəxri Xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında