Yarımstansiyaların gücü artırılıb

 İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, eləcə də itkilərin azaldılması energetklərin  ən mühüm vəzifələrindən biridir. Ölkəmizin digər enerji obyektlərində olduğu kimi, “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin də xidməti ərazilərində  bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.

 “Azərenerji” ASC-nin mətbuat xidmətinin məlumatına görə, həmişə olduğu kimi, ötən ildə də adıçəkilən şəbəkənin balans mənsubiyyətinə aid olan bir neçə yarımstansiyada transformatorlar daha güclüləri ilə əvəz edilmişdir ki, bu da həmin yarımstansiyaların yükgötürmə imkanının artırılmasına səbəb olmuşdur. Belə ki, 110 kV-lik “Ceyranbatan” yarımstansiyasında 2 saylı 40 MVA gücündə transformator 63 MVA-lıqla əvəz edilmiş, burada yeni quraşdırılmış akkumulyator qurğusu idarəetmə qurğusuna, sözügedən gərginlikli 2-ci bölmə isə yenidən qurularaq işə qoşulmuşdur. Eyni zamanda, burada 35/6 kV-lik yeni qapalı paylayıcı quruluş tikilmiş, 35 kV-lik 13 ədəd yeni eleqaz yuvaları və kabel kanalı quraşdırılmışdır.  110 kV-lik “Əliağa Vahid” yarımstansiyasında isə 1 saylı 10 MVA-lıq transformator 25 MVA gücündə transformatorla, “Masazır”  yarımstansiyasında 1 saylı 25 MVA gücündə transformator 40 MVA-lıqla əvəz edilmiş, “Xəzri” yarımstansiyasında isə 10 MVA gücündə transformator quraşdırılmışdır.

Xatırladaq ki, “Əliağa Vahid” yarımstansiyasında transformatorun dəyişdirilməsi ilə yanaşı, cərəyan transformatoru da gaha güclüsü ilə əvəzlənmiş və burada müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. “Xəzri” yarımstansiyasında isə yağ açarı eleqaz açarla əvəz edilmiş, 10 kV-lik 1-ci bölmə əsaslı təmir işlərindən sonra istismara verilmişdir. Eyni zamanda, yarımstansiya xidmətinin işçiləri tərəfindən digər bir neçə yarımstansiyada da müxtəlif gücdə olan transformatorlar və onların avadanlıqları təmir edilərək saz vəziyyətə gətirilmişdir. Bundan əlavə, yarımstansiyalarda yanğın təhlükəsizliyi tədbirləri də diqqət mərkəzində saxlanılmış, müvafiq yerlər lazımi ləvazimatlarla təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında