Bakıda "Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar" mövzusunda beynəlxalq konfrans

Sentyabrın 29-da Bakı Fond Birjasının fəaliyyətinin 10 illik yubileyinə həsr edilmiş "Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransda hökumətin iqtisadi blokunu təmsil edən qurumlar, ölkədə akkreditə olunmuş diplomatik korpus, beynəlxalq maliyyə təşkilatları, yerli biznes qurumları, bank, sığorta, lizinq təşkilatları, eləcə də Türkiyə Kapital Bazarları Şurasının nümayəndələri, London, Varşava, İstanbul, Gürcüstan və Qazaxıstan fond birjalarının, Avrasiya Fond Birjaları Federasiyasının rəhbərləri iştirak etmişlər.
Konfransı Bakı Fond Birjası idarə heyətinin sədri Xəyal Abdinov açaraq BFB-nin 10 illik fəaliyyəti barədə ətraflı məlumat vermiş və bildirmişdir ki, konfransın məqsədi Azərbaycan kapital bazarını populyarlaşdırmaq, yerli bazar üçün yeni olan kollektiv investisiya mexanizmləri barədə biznes dairələrə və potensial investorlara məlumat vermək, kollektiv investisiya alətlərinin bazarda tətbiqi üçün zəmin yaratmaqdır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, maliyyə naziri Samir Şərifov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov tədbir iştirakçılarını yubiley münasibətilə təbrik etmiş, qiymətli kağızlar bazarının inkişafının mövcud vəziyyəti, iqtisadiyyatın inkişaf perspektivində kollektiv investisiya mexanizmlərinin əhəmiyyəti və onun maliyyə bazarlarının inkişafındakı rolundan danışmışlar.
Bakı Fond Birjası Müşahidə Şurasının sədri Cahangir Hacıyev, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobiya və İstanbul Fond Birjasının sədri Hüseyn Erkan mövzu ilə bağlı fikirlərini bölüşmüş, kollektivin işinə uğurlar arzulamışlar.
Xarici fond birjalarının nümayəndələri, kollektiv investisiyalar üzrə beynəlxalq ekspertlər və nüfuzlu xarici investisiya şirkətlərinin təmsilçiləri öz ölkələrinin müvafiq sahədəki təcrübələri barədə danışmışlar.
QKDK-nın və BFB-nin əməkdaşları Azərbaycanda kollektiv investisiya mexanizmlərinin perspektivləri və fond bazarının arxitekturası barədə çıxış etmişlər.
Sonda BFB-nin sədri Xəyal Abdinov kollektiv investisiya mexanizmlərinin yerli bazarda tətbiqinin zəruriliyini və bazarın buna hazır olduğunu qeyd edərək, bazarın peşəkar iştirakçılarının və bütün maraqlı tərəflərin bu sahənin tətbiqinə töhfələrini verəcəyinə əminliyini bildirmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında