Azərbaycan Respublikasının 2011-ci il və sonrakı üç il üçün dövlət, icmal büdcələrinin layihələri yaxın günlərdə Milli Məclisə təqdim olunacaqdır

Azərbaycan Respublikasının 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, eləcə də 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası yaxın günlərdə Milli Məclisə təqdim olunacaqdır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirmişdir ki, yuxarıda adı çəkilən sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetində geniş müzakirə olunmuşdur.
Komitə sədrinin sözlərinə görə, dövlət büdcəsinin gəlirləri 12 milyard 061 milyon manat təşkil edir. Xərclər hissəsi isə 12 milyard 748 milyon manat proqnozlaşdırılmaqla ümumi daxili məhsulun (ÜDM) 31,7 faizi həcmində nəzərdə tutulmuşdur.
2011-ci il üçün icmal büdcənin gəlirləri 15 milyard 557,6 milyon manat, xərcləri isə 15 milyard 129,4 milyon manat proqnozlaşdırılır.
Konsepsiya və proqnozların hazırlanması prosesində ötən ilin yekunları və sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək amillər, o cümlədən inflyasiya meyilləri ehtimalı, neftin dünya qiymətinin gözləntiləri və s. nəzərə alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında