Bakıda Müstəqil Dövlətlər Birliyinin Miqrasiya Orqanlarının Rəhbərləri Şurasının 8-ci iclası keçirilmişdir

Sentyabrın 29-da Bakıda Müstəqil Dövlətlər Birliyinin Miqrasiya Orqanlarının Rəhbərləri Şurasının (MDB MORŞ) növbəti - 8-ci iclası keçirilmişdir.
Yeddi ölkənin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda MDB məkanında miqrasiya sahəsində vəziyyət, MDB dövlət və hökumət başçıları, xarici işlər nazirləri şuralarının, miqrasiya orqanları rəhbərləri şurasının iclaslarında qəbul olunan qərarların həyata keçirilməsi, MDB miqrasiya orqanlarının informasiya mübadiləsi sahəsində əməkdaşlığı, "MDB dövlətlərinin 2009-2011-ci illər üçün qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə Proqramı"nın icrası, "MDB ölkələrinin 2012-2014-cü illər üçün qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə Proqramı"nın hazırlanmasına dair təkliflər, MDB ölkələrinin qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığına dair sazişi imzalamış ölkələrin müştərək komissiyasının fəaliyyəti, MDB ölkələrinin razılaşdırılmış miqrasiya siyasəti haqqında Bəyannaməsində təsbit olunmuş prinsiplərin həyata keçirilməsi ilə bağlı kompleks tədbirlər Planının reallaşdırılması və digər məsələlər müzakirə edilmişdir.
Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iclasda çıxış etmişdir.
Azərbaycanda miqrasiya siyasəti ilə bağlı aparılan işlər barədə iştirakçılara məlumat verən Fuad Ələsgərov demişdir ki, 2006-cı ildə miqrasiya sahəsində müvafiq dövlət proqramı təsdiq olunmuşdur. 2007-ci ildə Azərbaycan Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Azərbaycanın MDB məkanında qaçqın və məcburi köçkün problemi ilə üzləşən ilk ölkələrdən olduğunu söyləyən Fuad Ələsgərov vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın həyata keçirdiyi işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşı öz doğma yurd-yuvasında didərgin düşmüşdür.
Fuad Ələsgərov bildirmişdir ki, hazırda bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da əməkçi miqrantlar vardır. Azərbaycanın sürətli iqtisadi və sosial inkişafı, ictimai-siyasi stabillik və xalqımızın tolerantlığı nəticəsində ölkəmizə gələn miqrantların sayı artmışdır. Artıq Azərbaycan xarici miqrantlar üçün tranzit ölkədən məskunlaşma ölkəsinə çevrilmişdir.
Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirmişdir ki, Miqrasiya Orqanlarının Rəhbərləri Şurası 2008-ci ilin oktyabrında yaradılmışdır. Bugünkü iclasda miqrasiya sahəsində vəziyyət nəzərdən keçiriləcək, görüləcək işlər, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı məsələlər müzakirə edilərək mühüm qərarlar qəbul olunacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında