Bakıda 6-cı Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə Konfransı və sərgisi açılmışdır

Aprelin 13-də Bakıda, "Avropa" mehmanxanasında "İteca Kaspian" və "İTE Group" (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə 6-cı Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə Konfransı işinə başlamışdır.
Bank-maliyyə konfransında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrin mərkəzi bankları, maliyyə nazirlikləri, bank assosiasiyaları və digər maliyyə strukturlarından 200 nümayəndə iştirak edir.
Konfransı giriş sözü ilə açan Azərbaycan Mərkəzi Bankının (MB) sədri Elman Rüstəmov bildirmişdir ki, Azərbaycan qlobal maliyyə böhranından az zərər çəkən ölkələrdən biridir. Ötən il Azərbaycan iqtisadiyyatının neft və qeyri-neft sektorlarında 9 faiz artım müşahidə olunmuşdur. Böhran şəraitində MB Azərbaycan Dövlət Neft Şirkətinə və alüminium sektoruna maliyyə yardımı göstərmişdir. Maliyyə böhranına qarşı görülən tədbirlər nəticəsində ölkədə fəaliyyət göstərən bank təşkilatlarına və sığorta şirkətlərinə kapitallaşma ilə bağlı müəyyən güzəştlər tətbiq edilmişdir. Bu dövrdə sığortalanan əmanətlərin məbləği 5 dəfədən çox artırılaraq 30 min manata çatdırılmışdır. Bunların nəticəsində bank sektoru ötən ilin birinci rübündə müəyyən geriləməyə məruz qalsa da, sonrakı 9 ayda artım baş vermişdir. Ümumilikdə 2009-cu ildə kredit qoyuluşlarında 17 faiz, müddətli əmanətlərdə isə 30 faiz artım müşahidə olunmuşdur. Bank portfelində problemli borclar 4 faiz, qeyri-standart borclar isə 8 faiz təşkil edir. Birinci rübdə xüsusilə əmanət bazasında artım davam edir. Rüb ərzində xarici vətəndaşların qeyri-rezidentlərinin əmanətləri 24 faiz artmışdır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı və Qazaxıstan Milli Bankının sədri Qriqori Marçenko çıxış edərək, müzakirə olunan mövzu ilə bağlı fikir və mülahizələrini bölüşmüş, Azərbaycanda belə konfransın keçirilməsinin problemlərin təhlil edilməsi və regionun mövcud maliyyə imkanlarını qiymətləndirmək baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırmışlar. Bildirilmişdir ki, təcrübə mübadiləsi, işgüzar əlaqələrin qurulması və genişləndirilməsi üçün konfrans və sərginin təşkil olunması vacib amillərdəndir.
Sonra iştirakçılar "Bankçılıq və maliyyə" sərgisi ilə tanış olmuşlar.
Konfrans öz işini "Dünya iqtisadi böhranının bölgə ölkələrinin bank sistemlərinə təsiri. Böhranın sonu və ya müvəqqəti fasilə?", "Bank sektorunda ekstensiv inkişaf siyasətindən davamlı effektivlik siyasətinə doğru strateji keçid. Risklər və fərqli idarəetmə üsulları" və "Kapital bazarlarının yeni imkanları" mövzularında geniş iclaslarla davam etdirmişdir.
Tədbir aprelin 14-də başa çatacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında