“Opel” tamamilə, “Chevrolet” isə qismən Rusiya bazarını tərk edir

ABŞ-ın “General Motors” (GM) avtomobil istehsalı şirkəti “Opel”i tamamilə, “Chevrolet” markasının isə bir sıra modellərini Rusiya bazarından çıxaracaqlarını açıqlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “General Motors”dan məlumat verilib.

“Bu gün GM şirkəti Rusiyada biznes modellərinin dəyişdirilməsi planları barədə açıqlama verib. GM istehsalına daxil olan “Chevrolet”in lüks modelləri “Corvette”, “Camaro” və “Tahoe” Rusiya bazarında təmsil olunur. “Chevrolet” Rusiyadakı mövcudluğunu minimallaşdıracaq. “Opel” isə Rusiya bazarını 2015-ci ilin dekabrına kimi tamamilə tərk edəcək”, - deyə “General Motors”dan bildirilib.

“GM Avto”nun Sankt-Peterburqdakı zavodunun da 2015-ci ilin ortalarında avtomobil istehsalını dayandıracağı məlum olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında