“Şimal” elektrik stansiyasında yeni blokun tikintisi davam edir

Abşeron yarımadasında generasiya güclərindən ən önəmlisi olan “Şimal” elektrik stansiyasında  əsas və köməkçi avadanlıqların dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər planı  həyata keçirilmişdir. Nəticədə, stansiyanın texniki-iqtisadi göstəriciləri, ötən illərdə olduğu kimi, cari ilin yanvar ayı üzrə də yüksək olmuşdur.

 “Azərenerji” ASC-nin mətbuat xidmətinin məlumatına görə, cari ilin yanvar ayında sözügedən stansiyada 210,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Xatırladaq ki, 2014-cü ildə burada istehsal olunmuş elektrik enerjisinin həcmi 1 milyard 881,7 milyon kilovat-saatdan artıq olmuşdur. Həm ötən il, həm də cari ilin yanvar ayında avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirləri nəticəsində mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilati tədbirlər qrafik üzrə davam etdirilir. Ötən müddətdə, həmçinin dənizdən soyuducu su qəbul edən kanal mütəmadi lildən və təbii çöküntülərdən təmizlənmişdir. Hazırda stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.

Yeri gəlmişkən, digər müəssisələr kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğınsöndürmə nasoslarına baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmış, yanğın xəbərverici sistemlər əsaslı təftiş edilərək saz vəziyyətə gətirilmişdir. Bütün bunlarla yanaşı, işçilərə əks-qəza təlimləri də keçirilir.

Xatırladaq ki, müstəqillik dövründə ulu öndərin rəhbərliyi altında istismara verilən  “Şimal” elektrik stansiyasının inkişaf proqramı bu gün də müvəffəqiyyətlə davam etdirilir. Məlum olduğu kimi, Yaponiyanın “Toyo Engineering” şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikilməsi qərara alınmışdır. Hazırda sözügedən qurğunun tikintisi qrafikə uyğun davam etdirilir.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında