Dövlət Taxıl Fondunun rəhbəri: Çörəyin qiymətinin artması üçün heç bir əsas yoxdur

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Taxıl Fondundakı yüksək keyfiyyətli ərzaqlıq buğda ehtiyatı 500 min tona yaxındır.

AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, bu sözləri nazirliyin Dövlət Taxıl Fondunun rəhbəri Zülfüqar Məmmədov son günlər çörəyin qiymətinin arta biləcəyi ilə bağlı əhali arasında yaranmış narahatlıqlara aydınlıq gətirmək məqsədilə deyib.

Zülfüqar Məmmədov bildirib ki, əhalinin keyfiyyətli və bol çeşidli ərzaq məhsulları ilə etibarlı təminatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin bu həssas sahə üzrə verdiyi göstərişlər, imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar xüsusilə də çörək təminatı sahəsində bolluğun və qiymət sabitliyinin təmin edilməsinə səbəb olub.

“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış Dövlət Taxıl Fondunun əsas funksiyası fövqəladə hallarda istehlakçıların taxıl məhsullarına olan tələbatını ödəmək, dövlət taxıl ehtiyatlarını formalaşdırmaq, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaqdır.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin tapşırığının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 406 nömrəli Qərarı ilə Fonda tədarük edilən taxılın həcmi 500 min tondan 750 min tona qaldırılıb. Bu da daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə intervensiya aparmağa, istisna hallarda qıtlıqdan sui-istifadə edilməklə qiymət artımına cəhdlərin qarşısının alınmasına imkan verir.

Bu gün Dövlət Taxıl Fondundakı yüksək keyfiyyətli ərzaqlıq buğda ehtiyatı 500 min tona yaxındır. Bununla yanaşı, saxlanılma müddəti başa çatmış taxılın istifadəyə buraxılmasından əldə edilən vəsait hesabına əlavə olaraq yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarük edilməsi istiqamətində Rusiyadan və Qazaxıstandan olan buğda istehsalçıları ilə danışıqlar aparılır.

Zülfüqar Məmmədov bildirib ki, hazırda Dövlət Taxıl Fondundan un istehsalçıları olan müəssisələrə buğdanın bir tonu 185 manat 60 qəpiyə buraxılır. Belə qiymətlə yerli taxıl bazarına dövlət tərəfindən həyata keçirilən ciddi intervensiyanın nəticəsidir ki, əla növ 50 kiloqramlıq buğda ununun bir kisəsinin topdansatış qiyməti 16 manat həddində müəyyən olunub. Bu isə öz növbəsində, ölkədə istehsal olunan çörəyin qiymətinin sabit saxlanılması üçün əsas zəmindir. Yəni, çörəyin qiymətinin artması üçün heç bir əsas yoxdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında