İnfrastrukturun texniki istismar səviyyəsi yüksəldilir

Ölkəmizin digər enerji müəssisələrində olduğu kimi, Mingəçevir Regional Elektrik Şəbəkəsinin tərkibindəki 12 rayon elektrik şəbəkəsində də istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchizatını daha da yaxşılaşdırmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, ötən il şəbəkələrin elektrik  təsərrüfatlarında yeniləşmə prosesi davam etdirilib. İl ərzində texniki qulluğun normal səviyyədə aparılması nəticəsində qurğu və avadanlıqların texniki istismar səviyyəsi daha da yüksəlib. Xatırladaq ki, Mingəçevir Regional Elektrik Şəbəkəsinin fəaliyyət dairəsi olduqca genişdir. Belə ki, ölkəmizdə enerji sisteminin ana xəttini təşkil edən 330 kilovoltluq  birinci və 500 kilovoltluq ikinci “Abşeron” hava xətlərinin 70 faizi məhz adıçəkilən şəbəkənin istismarındadır. Ötən il həmin xətlərin 33,3 kilometrlik hissəsində, habelə 220, 110, 35, 10 və 0,4 kilovoltluq elektrik hava verilişi xətlərində əsaslı və cari təmir işləri görülüb. Bundan əlavə, il ərzində avadanlıqlarda mütəmadi olaraq sınaq işləri aparılıb, onların texniki istismar səviyyəsi yaxşılaşdırılıb. Şəbəkənin istifadəsində olan xeyli sayda güc, gərginlik və cərəyan transformatoru, yağ və vakuum açarları, boşaldıcı, giriş izolyatorları və digər istifadədə olan elektrik avadanlıqları sınaqdan çıxarılıb və aşkar olunan qüsurlar aradan qaldırılıb.

2014-cü ildə Ağdam rayonundakı 110/35/10 kilovoltluq “Xındırıstan” yarımstansiyasında 110 kilovoltluq iki ədəd 25 meqavatlıq transformator 40 meqavatlıq transformatorla əvəz olunub. Bərdə rayonunda 110/35/10 kilovoltluq yarımstansiyada yeni 10 kilovoltluq qapalı paylayıcı quruluş tikilib istifadəyə verilib. Naftalan şəhərində 110/35/10 kilovoltluq yarımstansiyada yeni quraşdırılmış 16 meqavatlıq transformator istismara verilib. Bununla yanaşı, Ağdaş rayonunda yeni yarımstansiyanın istismara verilməsi ilə bağlı yüksək gərginlikli hava verilişi xətlərində təkmilləşdirmələr aparılaraq istismar səviyyəsini yüksəltmək üçün bir sıra yeniliklər edilib. Ucar, Ağdaş, Yevlax, Göyçay rayonlarını əhatə edən 110 kilovoltluq hava elektrik verilişi xətlərində də yenidənqurma işləri aparılıb.

Ötən il, həmçinin elektrik şəbəkələrinin balans mənsubiyyətindəki transformator məntəqələrinin 1160-da  təmir işləri həyata keçirilib, xətlərin dayanıqlı istismarını yüksəltmək üçün 244 ədəd dayaq basdırılıb. Analoji işlər 0,4 kilovoltluq elektrik verilişi xətlərində də həyata keçirilib. Müxtəlif xətlərdə 180 ədəd yeni dayaq quraşdırılıb.

İl ərzində itirilmiş elektrik enerjisinin istehlak dəyərinin bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar 8344 akt tərtib edilib və 35 milyon kilovat-saatdan çox itirilmiş elektrik enerjisinin istehlak dəyəri  bərpa olunub. Hazırda hesablanmış məbləğin tam ödənilməsi üçün tədbirlər görülür.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında