Regionların sürətli inkişafı dövlətin prioritet istiqamətlərindən birinə çevrilib

Son illər Azərbaycan regionun 80 faizlik iqtisadiyyatına malik olmaqla  lider dövlətinə çevrilmişdir. Bu, göstərici təkcə neft sektorunda deyil, eyni zamanda, qeyri-neft sektorunun inkişafında da açıq -aydın nəzərə çarpır. Belə ki, artıq ölkəmizdə kənd təsərrüfatı sahəsi – əkinçilik, taxılçılıq, meyvəçilik, tərəvəzçilik və digər bu kimi sahələr inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. İri kimya sənayesi müəssisələri fəaliyyətə başlamış, Azərbaycanın əlverişli təbii – coğrafi mühitə malik rayonlarında yeni-yeni turizm obyektləri inşa edilmiş, yeni istehsal müəssisələri zavod və fabriklər açılmışdır. Əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün “ASAN xidmət” mərkəzləri yaradılmışdır.

Son illər ölkəmizdə sənayeləşmə prioritet kimi qarşıya qoyulmuşdur. Məhz bu siyasətin nəticəsidir ki, - Bakıda “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi, gəmiqayırma və çörək zavodları, Sumqayıt Texnologiyalar Parkı, “Azgüntex” zavodu, “Azərtexnolayn” MMC-nin polad boru, Balaxanıda bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları, Gəncədə Alüminium Zavodu Kompleksi, Bakıda, Qazaxda və Naxçıvanda sement, Naxçıvanda avtomobil və mineral sular, Hacıqabulda kərpic, Ordubadda beton, Şərurda asfalt-beton, Gədəbəydə qızıl-mis emalı, “Hilal Qida” süd emalı, Şamaxıda “Azərelektronika” məişət cihazları istehsalı, Lənkəranda və Biləsuvarda konserv, Abşeronda duz emalı, plastik qablar, polistirol və polipropilen kisələr istehsalı, süd məhsulları və dondurma istehsalı, Zaqatalada süd və tütün emalı, Ağcabədi və Tovuzda süd emalı, Qəbələdə limonad, üzüm emalı, Ağsuda çörək və şirə zavodları və digər müəssisələr istifadəyə verilib.

Bir sözlə son 10 il Azərbaycan tarixinə nəzərəçarpacaq sosial-iqtisadi inkişaf, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, ölkənin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, əhalinin rifah halının yaxşılaşması dövrü kimi daxil olmuşdur.

“Azərbaycan Respublikası regionlarının 2014 - 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olmuş konfransda məhz yuxarıda sadaladığımız bu fərəh doğuran amilləri nəzərə alan dövlət başçısı İlham Əliyev demişdir: “Əgər biz 2014-cü ilə nəzər salsaq görərik ki, son 11 ərzində Azərbaycan dünya miqyasında sosial vəiqtisadi baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir. Sadəcə olaraq bəzi rəqəmləri qeyd etmək istərdim.  2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004 - cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə,  bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki  investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən - ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər bu, bir sığortadır. Bu gün bizim valyuta ehtiyatlarımız xidmət edir. Bu, sadəcə mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər”. 

Qeyd edək ki, regionların inkişafı məsələsi hər zaman dövlətimizin prioritet saydığı məsələlərdəndir. Bu sahədə ən böyük addımlar bu məsələ üzrə qəbul edilən dövlət proqramlarının uğurlu icrası ilə təmin edilir. Bu gün yüksək səviyyəli inkişaf hər bir bölgədə, hər bir rayonda nəzərə çarpmaqdadır. Bütün rayonlarda inkişaf, abadlıq,quruculuq, sosial layihələrin icrası prosesi gedir. Regionlarda yaradılan yeni sənaye müəssisələri ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən əsas məqamlardandır. Bölgələrdə işsizliyin aradan qaldırılması, kənd təsərrüfatının inkişafına göstərilən dəstək, dövlət tərəfindən subsidiyaların ödənilməsi, özəl sektora dəstək bölgələrin paralel və sürətli inkişafını özündə ehtiva edir. Ölkəmizdə sahibkarlara yüksək səviyyədə dəstək verilir, hər il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara vəsaitlər, kreditlər verilir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Bu kreditlər isə regionlarda ənənəvi kənd təsərrüfatı sahələri ilə yanaşı, yeni sahələrin də yaradılmasına imkan verir. Bundan başqa, bölgələrdə sosialyönümlü layihələrin həyata keçirilməsi olduqca uğurla davam etdirilir. Son illərdə regionlarda məktəb, səhiyyə obyektlərinin tikilişi uğurla davam etdirilir. Azərbaycan dövləti qarşısına qoyduğu inkişaf xəttində bütün sahələr üzrə paralel inkişafı hədəf götürür.

Ruslan ATAKİŞİYEV,
İqtisadi Resursların Öyrənilməsi
İctimai Birliyinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında