Dünya Bankının Azərbaycanda suvarma-paylama sistemi və idarəetmənin təkmilləşdirilməsi layihəsinin yekunlarına dair seminar

 Sentyabrın 23-də Bakıda Dünya Bankının dəstəklədiyi suvarma-paylama sistemi və idarəetmənin təkmilləşdirilməsi layihəsinin (SPSİTL) nəticələrinə həsr olunmuş seminar keçirilmişdir.
Bildirilmişdir ki, layihə 2003-cü ildən həyata keçirilir. Ümumi dəyəri 44 milyon ABŞ dolları olan layihənin 39 milyon dolları Dünya Bankı, 4,5 milyon manatı isə Azərbaycan hökuməti tərəfindən ayrılmışdır.
Seminarda SPSİTL-in tapşırıq meneceri David Meyerbax bildirmişdir ki, layihənin məqsədi təxminən 56 min hektar ərazidə suvarma- paylama sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsindən ibarət olmuşdur. Bu, ilkin mərhələdə pilot layihə idi və Azərbaycanın 11 rayonunda həyata keçirilmişdir. Bu dövrdə 22 su istifadəçiləri birlikləri yaradılmış, əvvəllər istifadə olunmayan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə qaytarılmış, əkin məhsullarının çeşidi artırılmış, sudan istifadə haqlarının yığılması nizamlanmışdır. Məhsuldarlıq bir hektar üçün 23 faiz artmışdır.
Hazırda layihənin davam etdirilməsi, genişləndirilməsi və yeni layihənin hazırlanması istiqamətində işlər aparılır.
Seminarda iştirakçı rayonların suvarma təsərrufatı işçiləri, layihə üzrə işçi qrup, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında