Əmlak Məsələləri Dövlət Komitəsi ilə Bolqarıstanın Özəlləşdirmə və Özəlləşmədən Sonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır

Sentyabrın 23-də Əmlak Məsələləri Dövlət Komitəsində Bolqarıstanın Özəlləşdirmə və Özəlləşmədən Sonra Nəzarət Agentliyinin direktoru Emil Karanikolov ilə görüş olmuşdur.
Qonaqlar Fəxri Xiyabana gələrək ulu öndərimiz Heydər Əliyevin məzarını ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman oğul və qızların əziz xatirəsini yad etmişlər.
Görüşdə ƏMDK-nin sədri K.Həsənov Azərbaycan ilə Bolqarıstan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini məmnunluqla vurğulamışdır. Komitə sədri ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə başlamış və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində qazanılmış nailiyyətlərdən, həyata keçirilən iqtisadi islahatlardan danışmışdır. O, dünyada gedən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, regionların çiçəklənməsi, işsizliyin aradan qaldırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri və əldə olunan uğurları diqqətə çatdırmışdır.
K.Həsənov həmçinin Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə ötən il yaradılmış Əmlak Məsələləri Dövlət Komitəsinin beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd etmiş, fəaliyyət sahələrində səmərəliliyin daha da artırılması məqsədi ilə beynəlxalq təcrübədən istifadənin zəruri olduğunu vurğulamışdır. Eyni zamanda, qonaqlara dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və kadastrı sahəsində həyata keçirilən işlər və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilmişdir.
Bolqarıstanın Özəlləşdirmə və Özəlləşmədən Sonra Nəzarət Agentliyinin direktoru Emil Karanikolov səfərdən məmnun olduğunu bildirmiş, Azərbaycanın inkişafı, aparılan quruculuq işləri və əldə edilən nailiyyətlərin onlarda xoş təəssürat doğurduğunu demişdir.
E.Karanikolov Bolqarıstanda həyata keçirilən iqtisadi islahatlar və özəlləşdirmə barədə məlumat vermiş, dövlətlərimiz və hər iki ölkənin prezidentləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından geniş danışmışdır.
Görüş çərçivəsində iki ölkənin özəlləşdirmə qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, eləcə də bu sahədəki təcrübələrin artırılması məqsədi ilə qarşılıqlı səfərlərin təşkil olunması, informasiya mübadiləsi sahəsində müzakirələr aparılmışdır.
Görüşün sonunda Əmlak Məsələləri Dövlət Komitəsi ilə Bolqarıstanın Özəlləşdirmə və Özəlləşmədən Sonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Görüşdə Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Todorov Kalinov iştirak etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında