İçməli su sektorunda sayğaclaşma işləri davam etdirilir

2014-cü ildə istehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, eləcə də israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə “smart-kart” tipli su sayğaclarının quraşdırılması istiqamətində işlər intensiv şəkildə davam etdirilib.

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən aldığımız məlumata görə, il ərzində  Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 142 min ədəd “smart-kart” tipli su sayğacı quraşdırılıb. Həmin sayğacların 134 min ədədi əhali, 8 min ədədi isə qeyri-əhali qrupunun payına düşür. Hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 93 min ədəd, regionlarda isə 49 min ədəd “smart-kart” sayğacı quraşdırılıb. Yeri gəlmişkən, ölkəmizin şəhər və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində bütün abunəçilər “smart-kart” sayğacları ilə  təmin olunur. Bütövlükdə isə “smart-kart” sayğaclarının tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış bu tip sayğacların sayı 352 minə çatdırılıb. Yeni sayğacların quraşdırılması əhali və qeyri əhali qrupu abunəçiləri üçün paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 320 min ədədi əhali, 32 min ədədi isə qeyri- əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, “smart-kart” tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilər tərəfindən yol verilən su itkiləri azalaraq satış həcmi artıb, eyni zamanda,  həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunub.

2015-ci il  yanvarın 1-nə olan məlumata görə, “Azərsu” ASC üzrə abunəçilərin  750 mini və ya 57 faizi sayğaclarla təmin olunub. Hazırda əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 56 faiz, qeyri-əhali qrupu üzrə isə 77 faiz təşkil edir. Bundan əlavə, ötən il magistral xətlər üzərində 20 ədəd elektromaqnit zond tipli ABB, rayon sukanal  idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında isə 75 ədəd elektromaqnit fləns tipli KROHNE su sayğacları quraşdırılaraq istismara verilib.

Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda “smart-kart” tipli su  sayğaclarının quraşdırılması davam etdirilir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında