Avropa Parlamenti "Nabukko" layihəsinə dəstəyini nümayiş etdirmişdir

Avropa Parlamentinin deputatları Avropa İttifaqı (Aİ) ölkələrinin qaz təminatı ilə bağlı yeni qanun layihəsini bəyənmişlər.
AzərTAc xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, qanunvericilik bazası 2014-cü ildə qüvvəyə minəcəkdir. Bu sənəd 2008-2009-cu illərdə Rusiyadan Aİ-yə qaz təchizatında yaranmış böhrandan sonra hazırlanmışdır.
Aİ-nin energetika məsələləri üzrə komissarı Günter Ottinger bildirmişdir ki, qurumun Rusiyadan qaz idxalından asılılığını ilk növbədə "Nabukko" qaz kəmərinin işə salınması azalda bilər. Xəzər dənizi regionundan hasil olunan qaz bu kəmər vasitəsilə Türkiyə, Rumıniya və Bolqarıstandan keçməklə əldə olunacaqdır. Deputatlar tərəfindən bəyənilən qanun layihəsi Aİ ölkələrində qaz təchizatının əlaqələndirilməsini yaxşılaşdırmaqla vahid qaz sisteminin yaradılmasını nəzərdə tutur.
Qanun layihəsində ilk növbədə özəl sektorun, o cümlədən xəstəxanaların qaz ilə təchizatı prioritet məsələ kimi qeyd olunur. Qaz böhranlarının yenidən yaranacağı təqdirdə bu obyektlərin fasiləsiz olaraq 30 gün qaz ilə təchizatına zəmanət verilir.
Son illər Avropa ölkələri Rusiya ilə Ukrayna arasında "qaz müharibələri"ndən əziyyət çəkirdilər. Bu ilin iyununda Moskva ilə Minsk arasında yaranmış münaqişə isə rəsmi Brüsseldə idxal kanallarının şaxələndirilməsi və inkişaf etmiş infrastrukturun yaradılması ilə bağlı fikirləri daha da möhkəmlətmişdir.
Xatırladaq ki, bu yaxınlarda Avropa Komissiyası Aİ-nin enerji təhlükəsizliyini təmin etmək üçün 2,3 milyard avro məbləğində vəsait ayırmışdır. Bunun böyük hissəsi Aİ-nin qaz və elektrik magistralının müasirləşdirilməsinə yönəldilmişdir. 200 milyon avronun isə "Nabukko" kəmərinin tikintisinə yönəldilməsi nəzərdə tutulur. Kəmər vasitəsilə Azərbaycan, Türkmənistan və İraq qazı Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və Almaniyaya ixrac olunacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında