2014-cü ildə Rusiyadan kapital axını 151,5 milyard dollar təşkil etmişdir

2014-cü ildə Rusiyadan kapital axını bütün proqnozları aşaraq 151,5 milyard dollar təşkil etmişdir.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu rəqəmi Rusiya Mərkəzi Bankı açıqlamışdır. Kapitalın ölkədən kənara ən böyük axını ötən ilin payızında tətbiq olunan sanksiyalar nəticəsində xarici kapital bazarlarının Rusiyanın üzünə bağlanmasından sonra baş verib.

Rusiyadan I kvartalda 48,5 milyard, II kvartalda 22,4 milyard, III kvartalda 7,7 milyard, IV kvartalda isə 72,9 milyard dollar vəsait çıxarılmışdır.

2013-cü ildə Rusiyadan çıxan kapitalın həcmi 61 milyard dollar olmuşdur. 2014-cü ildə baş verən kapital axınının həcmi bu rəqəmdən 2,5 dəfə çoxdur.

2014-cü ilin oktyabrında Rusiya Maliyyə Nazirliyinin uzunmüddətli strateji planlaşdırma departamentinin direktoru Maksim Oreşkin ölkədən çıxacaq kapitalın həcminin 90-100 milyard dollar həcmində olacağını proqnozlaşdırmışdı. Noyabr ayında Mərkəzi Bank kapital axınının həcminin 128 milyard dollar olacağına dair proqnozla çıxış etmişdir. Prezident Putin isə dekabrın sonunda kapital axınının həcminin 120-130 milyard dollar olacağını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında