Vergilər Nazirliyində aksizli məhsullar istehsal edən vergi ödəyiciləri ilə görüş keçirilmişdir

Vergilər Nazirliyində spirtli içkilər və tütün məmulatları istehsal edən vergi ödəyiciləri ilə görüş keçirilmişdir.

Görüşdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli Qanununda Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksizin dərəcələrinin dəyişdirilməsi məsələsi müzakirə olunmuşdur.

Görüşdə Vergilər nazirinin Audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov çıxış edərək, spirtli içkilər və tütün məmulatlarının satışı zamanı vergidən yayınma hallarına yol verilməməsi, bu məhsulların istehsalı ilə məşğul olan müəssisələrdə kvota üzrə müəyyən edilmiş istehsal həcminin ciddi nəzarətdə saxlanılması və təqdim edilmiş hesabatlarda istehsal həcminin real əks etdirilməsinin zəruriliyi qeyd edilmişdir. Bildirilmişdir ki, aksiz vergisi üzrə real istehsal həcminin müəyyən edilməsi məqsədilə vergi orqanları tərəfindən aksizli mallar istehsal edən vergi ödəyicilərinin fəaliyyəti müntəzəm nəzarətdə saxlanılır və nəticələr hesabat məlumatları ilə müqayisə edilir.

2014-cü il ərzində aksiz markalarının tətbiqinə dair keçirilmiş nəzarət işlərinin nəticələrinə toxunan İ.Əhmədov bildirmişdir ki, 1754 nəzarət aparılmış obyektdən 897-də 10821 ədəd aksizsiz malların və 857 ədəd saxta aksizli malların satış məqsədi ilə saxlanması faktı aşkar edilmişdir. Aşkar edilmiş faktlar üzrə qanunamüvafiq tədbirlər görülmüşdür. Gələcəkdə qanun pozuntularına yol verilməməsi məqsədi ilə vergi ödəyiciləri ilə vergi orqanı arasında partnyorluq və qarşılıqlı əməkdaşlıq şəraitində münasibətlərin qurulmasının vacibliyi bir daha vergi ödəyicilərinin diqqətinə çatdırılmış, qanunvericiliyin tələblərinə riayət edilməsi vergi ödəyicilərinə tövsiyə edilmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında