Vergi hüquqpozmalarına qarşı mübarizə gücləndirilir

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Vidadi Məmmədov  2014-cü ildə vergi hüquqpozmaları ilə bağlı həyata keçirilən mübarizə tədbirləri haqqında söhbət açaraq bildirdi ki, hesabat  dövründə departamentə daxil olan 1024 material üzrə 971 cinayət işi başlanılıb.

 VCİAD tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 213-cü maddəsi ilə (vergi ödəməkdən yayınma) 897 cinayət işi, 192-ci (qanunsuz sahibkarlıq) və 213-cü maddələri ilə 46, 192-1.2-ci maddəsi ilə (qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi) 4, 192-ci maddəsi ilə 11, CM-in 205-1-ci maddəsi ilə (saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma) ilə 1, CM-in 162-1-ci maddəsi ilə (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) 6, 213-1-ci maddəsi ilə (aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) 6, ümumilikdə 971 cinayət işi başlanaraq istintaqı davam etdirilib. Qeyd edim ki, bu göstərici 2013-cü ilə nisbətdə 452 cinayət işi çoxdur.

Vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərlə bağlı ötən il departamentin istintaq idarəsində 395 cinayət işi 125 nömrə altında birləşdirilərək ittiham aktları ilə məhkəməyə göndərilib: bunlardan 72-si 2014-cü ildə, 31-i 2013-cü ildə, 22-si isə əvvəlki illərdə başlanan cinayət işləridir. Ümumilikdə, ötən il vergi hüquqpozmaları nəticəsində 134 nəfər cinayət məsuliyyətinə cəlb edilib. İl ərzində 36 nəfər şübhəli şəxs qismində tutulub, 26 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Departamentə daxil olan material və başlanan cinayət işləri üzrə dövlət büdcəsinə dəyən ziyan tam şəkildə ödənildiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə 340 prosessual qərar qəbul olunaraq, metariallar üzrə cinayət işinin başlanması rədd edilib, başlanmış cinayət işləri üzrə icraata xitam verilib.

Vidadi Məmmədov  söhbət zamanı qeyd etdi ki, 2014-cü il ərzində departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı dövlət büdcəsinə ödənilməsi təmin olunan vəsaitin məbləği 16 milyon 81 min 402,17 manat təşkil edib ki, bunun da 4 milyon 583,3 min manatı istintaqı tamamlanan cinayət işləri üzrə, 779,6 min manatı cinayət işinin başlanması rədd edilən materiallar üzrə, 2 milyon 197,9 min manatı icraatı dayandırılan cinayət işləri üzrə, 111,4 min manatı aidiyyəti üzrə göndərilən cinayət işləri üzrə, 8 milyon 409,2 min manatı isə istintaqı davam etdirilən cinayət işləri üzrə ödənişlərdir.

Müsahibim   ötən illərdə olduğu kimi, keçən il ərzində də departament tərəfindən ƏDV fırıldaqçılığı ilə məşğul olan şəxslərin aşkar edilməsi və cinyət məsuliyyətinə cəlb olunması istiqamətində mühüm işlər görüldüyünü də diqqətə çatdırdı. Bildirdi ki, 49 cinayət işi üzrə ümumilikdə 32 milyon 950 min 452,94 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərin 49-u barəsində Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı qəbul edilərək, onlara ittiham elan olunub. Həmin şəxslərdən 9-u barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək cinayət işləri ittiham aktı ilə məhkəməyə göndərilib. Cinayət işlərinin istintaqı zamanı müəyyən edilib ki, son dövrlər bəzi qrup şəxslər hüquqi şəxsin elektron formada təsis edilməsi ilə bağlı vergi orqanları tərəfindən göstərilən operativ və şəffaf xidmətlərdən öz cinayətkar məqsədləri üçün istifadə edirlər. Onlar ƏDV ödəyicisi kimi qeydiyyata durmamaq və vergidən yayınmaq məqsədilə müxtəlif şəxslərin adlarına yüzlərlə müəssisə təsis edirlər. Əksər hallarda təsis edilən hüquqi şəxslərin hüquqi ünvanları eyni olur. İstintaq zamanı ifadə verən şəxslərin bəziləri ilkin ifadələrində heç bir müəssisə təsis etmədiklərini, qısa müddət ərzində tanıdığı şəxslər tərəfindən onlardan notarial qaydada təsdiq olunan  etibarnamə və adlarına elektron imza alındığını bildiriblər. İstintaq təcrübəsində artıq bir neçə şəxsin elektron imzasının bloklaşdırılmasına nail olunub və həmin şəxslər tərəfindən təsis edilmiş müəssisələrin ləğvi istiqamətində müvafiq proseslər aparılıb.

Departament rəisi söhbətində vergi cinayətlərinin ibtidai araşdırılması zamanı qarşılaşılan əsas çətinliklər barədə də məlumat verdi.  Xatırlatdı ki,  həmin problemlərdən biri müəssisənin rəhbərinin vergi orqanındakı baza məlumatları ilə müəssisənin bank hesablarında olan məlumatların üst-üstə düşməməsidir. Hesab edirəm ki, vergi cinayətlərinin qarşısının alınması və ödəyicilər tərəfindən bəyannamələrin vaxtında təqdim edilməsinin təmin olunması üçün qanunvercilikdə müvafiq dəyişiklik aparılması zəruridir.

Müsahibim sonda bildirdi ki, vergi hüquqpozmalarına, cinayətkarlığa qarşı mübarizə aparılması üçün həmin fəaliyyətlə məşğul olan əməkdaşların - əməliyyat müvəkkilinin, tədqiqatçının, müstəntiqin ixtisaslaşması zəruridir. Yəni ixtisasca hüquqşünas olan əməkdaşlarımız iqtisadi biliklərə yiyələnməli, ixtisasca iqtisadçı olan əməkdaşlarımız isə hüquqi bilikləri mənimsəməlidirlər. Bu məqsədə nail omaq, peşəkar formada vergi cinayətlərinin istintaqını aparmaq üçün 2010-cü ildən VCİAD-da tədrisə xüsusi diqqət ayrılıb və müstəqil treninqlərin aparılması təmin edilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında