Obama Administrasiyası: Neftin ucuzlaşması ABŞ iqtisadiyyatı üçün faydalıdır

Barak Obama Administrasiyası neftin ucuzlaşmasının ölkə iqtisadiyyatı üçün faydalı olduğunu açıqlamışdır.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Ağ evin rəsmi nümayəndəsi Coş Ernest bildirmişdir ki, amerikalı istehlakçılar bu məsələdə uduşdadır. Belə ki, ölkədə benzin ucuzlaşmış, avtomobil satışı isə artmışdır. ABŞ-ın böyük hissəsində bir qallon (3,7 litr) benzinin qiyməti 2 dollardan aşağı düşmüşdür.

Daha öncə Nyu-York Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli də neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyini bəyan etmişdi. 

Qeyd edək ki, hazırda Brent markalı neftin qiyməti 53 dollardır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında