ABŞ Azərbaycandan neft məhsullarının idxalını artırmışdır

2014-cü ilin yanvar-oktyabr aylarında ABŞ Azərbaycandan 373 min barel neft məhsulları idxal etmişdir. 2013-cü ilin analoji dövründə bu göstərici 336 min barel təşkil etmişdir. Bu barədə Trend ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsinə (EIA) istinadən məlumat vermişdir.

Oktyabrda ABŞ cəmi 14 min barel neft məhsulları idxal edib. 2013-cü ilin oktyabrında isə bu göstərici 30 min barel idi.

Məlumata görə, idxal edilmiş məhsulların bütün həcmi neft-kimya sənayesində xammal kimi istifadə olunan naftanın payına düşür.

2009-cu ildən davam edən uzunmüddətli fasilədən sonra ABŞ inişil Azərbaycandan neft məhsullarının tədarükünü bərpa etmişdir. 2008-ci ildə ABŞ-a Azərbaycandan 308 min barel  neft məhsulları tədarük olunmuşdur.

Qeyd edək ki, Azərbaycanda neft məhsulları iki neft emalı zavodunda (NEZ) istehsal olunur. Həmin zavodların ümumi gücü ildə 16 milyon ton təşkil edir. Hər iki zavod ARDNŞ-nin balansındadır. Bu yaxınlarda “Azneftyağ” NEZ ləğv edilərək Heydər Əliyev adına neft emalı zavodunun tərkibinə daxil edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında