“Baku Steel Company” ən müasir texnologiyaların tətbiqi ilə dünyada inşaat armaturları istehsal edən 20 ən yaxşı metallurgiya şirkətindən biridir”

Bunu İtaliyanın “Danieli” şirkətinin vitse-prezidenti Tomas Narholts söyləmişdir.

“Baku Steel Company” MMC daha bir yeni layihə ilə gündəmə gəldi. MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov və İtaliyanın “Danieli” şirkətinin vitse-prezidenti Tomas Narholts tərəfindən imzalanan müqaviləyə əsasən şikət bir neçə son model texnoloji avadanlıqlar alacaqdır.

 BSC zavodunda quraşdırılacaq yeni qurğu ferroərintilərin və dəmirin filizdən birbaşa reduksiyası məhsullarının (ingiliscə DRİ/HBİ) əritmə prosesində sobaya avtomatik verilməsini təmin edəcəkdir.  Bu qurğunun vasitəsi ilə DRİ və HBİ-ın əritmə prosesi zamanı 80 faizə qədər istifadə edilməsi mümkün olacaqdır. Bu da öz növbəsində ölkədə tükənməkdə olan təkrar qara metaldan aslılığı azaldacaqdır. Yeri gəlmişkən qeyd edək ki, DRİ və HBİ qonşu Rusiya və İrandan alınmaqdadır. Eyni zamanda şirkət boru istehsalı üçün Rusiyadan idxal olunan dairəvi pəstahların artıq öz ölkəmizdə istehsalına imkan verəcək ən müasir Fasiləsiz Tökmə Maşını da alacaqdır. 9 metr radiusa malik, üç şırnaqlı, dəqiqədə 5 metr tökmə sürətli “Fastcastcupe” tipli bu tökmə maşınında müxtəlif ölçülü dairəvi pəstahlarla yanaşı kvadrat pəstahların da tökülməsi mümkün olacaqdır. 

Həmçinin ən müasir poladəritmə müəsisələrində istifadə olunan xüsusi robot qurğularının quraşdırılması elektrik qövs sobasında və soba-çalovda maye polad nümunələrini sınaq üçün götürməyə və maye metalın tempuraturunu avtomatik təyin etməyə imkan verəcəkdir. Bu da poladəridənlər üçün daha təhlükəsiz iş şəraiti yaratmaq məqsədi ilə görülmüş silsilə işlərdəndir.

Zavodda qurulması planlaşdırılan 4-cü yeni yayma xətti ən müasir texnalogiyaya sahib olmaqla, bir saniyədə 36 metr armatur buraxacaqdır ki, bu da adi yayma xəttlərinin sürətindən 6-7 dəfə çoxdur. Daha önəmli bir fakt isə yeni yayma xəttində istehsal edilən armaturların hər bir metrində  “Baku Steel Company”nin adının və loqosunun təyinedici nişan kimi göstərilməsi bu məhsulların şirkətə məxsus olduğunun göstəricisi olmaqla, onları haqsız bazar rəqabətindən qorumağa, keyfiyyətsiz məhsullardan ayırmağa imkan verəcəkdir.

Müqavilənin bağlanması mərasimində çıxış edən “Danieli” şirkətinin vitse-prezidenti Tomas Narholts bildirmişdir ki, “Yüksək ixtisaslı peşəkar kadrlara malik olan ”Baku Steel Company" ən müasir texnologiyaların tətbiqi ilə dünyada inşaat armaturları istehsal edən 20 ən yaxşı metallurgiya şirkətindən biridir, – desəm yanılmaram!”

Qeyd etmək lazımdır ki, “Danieli” 72 ölkədə metalurgiya müəsisələrinin təhcizatçısı və qurucusu kimi tanınmaqdadır. Onun İtaliya, Almaniya, Avstriya, İsveçrə, Tailand, Cin, Hindistan və Rusiya kimi 8 ölkədə zavodları fəaliyyət göstərməkdədir.

“Baku Steel Company”
MMC-nin mətbuat xidməti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında