İstismar qrafikə uyğun aparılır

Son illər istismara verilmiş generasiya gücləri arasında məxsusi yeri olan Səngəçal Elektrik Stansiyası dispetçer qrafikinə uyğun şəkildə istismar edilir. Stansiya işə düşəndən indiyə kimi burada 2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib.
"Azərenerji"ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin iyul ayında burada 105 milyon kilovat-saat, avqustda isə 146 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib.
Stansiyada bütün işlər günün tələbləri səviyyəsində qurulub. Bütün aqreqatlar işlək vəziyyətdədir. Müəssisədə istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq hər maşının 500 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara texniki baxış keçirilir. Qüsurlu hallar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır. Təmir işləri müəssisədə təşkil olunmuş təmir briqadaları tərəfindən həyata keçirilir. Yaranmış nasazlıqlar yerli mütəxəssislər tərəfindən operativ şəkildə aradan qaldırılır.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında