Gəncədə "Sahibkarlığın inkişafı: əldə edilən nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrasını təmin etmək, eləcə də regionların inkişafı, sahibkarların məsləhət və informasiya təminatını yaxşılaşdırmaq məqsədilə İqtisadi İnkişaf Nazirliyi növbəti tədbirini Gəncədə keçirmişdir.
"Sahibkarlığın inkişafı: əldə edilən nailiyyətlər və perspektivlər" mövzusunun müzakirə olunduğu tədbirdə Gəncə-Qazaz iqtisadi rayonuna daxil olan sahibkarlar, şəhər və rayon icra hakimiyyətləri başçılarının iqtisadi məsələlər üzrə müavinləri, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, AMEA, Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Gəncə Dövlət Aqrar Universiteti və Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun nümayəndələri iştirak etmişlər.
Tədbiri iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov açaraq Respublika Prezidenti İlham Əliyevin regionların inkişafından, onun tarazlı inkişafının təmin olunmasında Dövlət Proqramlarının rolundan danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi inkişaf strategiyasının başlıca istiqamətlərindən biri Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafının təmin edilməsindən ibarətdir. Yaradılmış möhkəm siyasi sabitlik və güclü iqtisadi potensial bu gün respublikamızı ən böyük iqtisadi potensiala malik ölkəyə çevirmişdir. Ölkədə bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması nəticəsində bu gün Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmışdır. Ölkənin iqtisadi inkişafında sahibkarlıq mühüm rol oynayır. Bu gün Azərbaycanda 400 minə yaxın sahibkar fəaliyyət göstərir. Ölkə üzrə ümumi daxili məhsul istehsalında özəl sektorun payı 80 faizi keçmişdir.
Natiq vurğulamışdır ki, konfransın məqsədi ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrası vəziyyətini bir daha təhlil etmək, regionun potensial imkanlarını hərəkətə gətirməkdir.
Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Çingiz Muxtarov dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə, eləcə də Gəncədə aparılan abadlıq və quruculuq işlərindən, yeni istehsal sahələrinin, emal və infrastruktur sahələrinin yaradılması hesabına iqtisadiyyatın gündən-günə inkişafında əldə olunan nailiyyətlərdən söz açmışdır.
Nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi müdirinin müavini Nizami Qasımov məruzə ilə çıxış edərək həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafından, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün görülən işlərdən danışmışlar.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitunun direktoru Vilayət Vəliyev, AMEA İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, ASK baş katibinin müavini Eldəniz Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Nizami Seyidəliyev, Gəncə Sahibkarlar Assosiasiyasının sədri Samir Heydərov, Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru Məmməd Balakişiyev və başqaları çıxış edərək regionun iqtisadi inkişaf perspektivləri ilə bağlı fikir və mülahizələrini bildirmişlər.
Konfransda İxracın və İnvestisiyaların Təşviqi Fondunun vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, sahibkarların beynəlxalq əlaqələrinin inkişafında qurumun rolu, Azərbaycan İnvestisiya Şirkəti monitorinq şöbəsinin müdiri Elvin Aşırov həyata keçirdikləri layihələr barədə çıxış etmişlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında