Asiya İnkişaf Bankının vitse-prezidenti Azərbaycanda səfərdə olmuşdur

Asiya İnkişaf Bankının vitse-prezidenti Hyayou Jao sentyabrın 15-dən 19-dək Azərbaycanda işgüzar səfərdə olmuşdur.
Qonağın səfər proqramı zəngin olmuşdur. O, Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət etmişdir.
Azərbaycanın Asiya İnkişaf Bankında müdiri, maliyyə naziri Samir Şərifovun Hyayou Jao ilə görüşündə ölkəmizlə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanmış, ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivi barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycanın iqtisadi inkişafına dair bankın hazırladığı planın hərtərəfli müzakirə edildiyi görüşdə respublikamızda infrastruktur, enerji, su təchizatı və irriqasiya sahəsində birgə maliyyələşdirilən layihələr, alternativ və bərpa olunan enerji mənbələri sahəsində reallaşdırıla biləcək işlər diqqət mərkəzində olmuşdur.
Samir Şərifov gənc azərbaycanlı mütəxəssislərin Asiya İnkişaf Bankında işə cəlb olunmasının vacibliyini də qonağın diqqətinə çatdırmışdır.
Baş nazir Artur Rasizadə ilə görüşdə Asiya İnkişaf Bankının Azərbaycanda həyata keçirdiyi layihələr, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Qonağın ölkəmizin bir sıra nazirlik və dövlət qurumlarında görüşləri zamanı Asiya İnkişaf Bankının krediti hesabına reallaşdırılan layihələrin icra vəziyyətinə və qarşıya çıxan problemlərə dair fikir mübadiləsi aparılmışdır.
Hyayou Jao son bir neçə il ərzində respublikamızın tanınmaz dərəcədə inkişaf edən paytaxtı, o cümlədən "İçərişəhər" tarix-memarlıq kompleksi, müasir incəsənət muzeyi ilə yaxından tanış olmuşdur.
Qəbələ və Şamaxı rayonlarına səfər qonaqda ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı haqqında dolğun təsəvvür yaratmışdır. Azərbaycanın zəngin turizm potensialı və bu istiqamətdə həyata keçirilən tədbirlər, infrastrukturun kompleks şəkildə inkişafı üçün reallaşdırılan silsilə layihələr, ölkəmizdə istənilən yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi məqsədi ilə yaradılan şərait qonaqda böyük maraq doğurmuşdur. Azərbaycanın hər iki qədim paytaxtına səfəri zamanı Hyayou Jao ulu öndər Heydər Əliyevin mükəmməl dövlətçilik siyasəti və yeni neft strategiyası əsasında prezident İlham Əliyevin reallaşdırdığı islahatların məntiqi nəticələrinin şahidi olmuşdur.
Keçirdiyi görüşlərdə Azərbaycanın dövlət siyasətində insan amilinin və müasirliyin başlıca məqsəd olmasından məmnun qaldığını xüsusi vurğulayan qonaq Asiya İnkişaf Bankının respublikamızda reallaşdırılan islahatları və tikinti-yenidənqurma işlərini dəstəkləmək üçün bundan sonra da kredit ayırmağa hazır olduğunu bildirmişdir.
Qonaq təmsil etdiyi bankın krediti hesabına Abşeron rayonunda ölkəmizin enerji sisteminin ötürücü və paylayıcı şəbəkəsinin yenidən qurulması ilə bağlı görülən işlərlə də tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında