Barak Obama ABŞ-ın 2015-ci il üçün dövlət büdcəsini təsdiqləmişdir

Prezident Barak Obama dekabrın 16-da ABŞ-ın 2015-ci il üçün federal büdcəsi haqqında qanunu təsdiqləmişdir.

 APA-nın xəbərinə görə, bu barədə Ağ evin mətbuat xidməti məlumat yaymışdır.

Qeyd edək ki, büdcə layihəsi ABŞ Konqresi Senatının dekabrın 13-də keçirilmiş növbədənkənar iclasında qəbul olunmuşdur. 

Qanuna əsasən, federal büdcə 1,1 trilyon dollar həcmində müəyyənləşib.

Senatda qanun layihəsinin lehinə 56, əleyhinə 40 senator səs verib.

Qeyd edək ki, ABŞ-da yeni maliyyə ili bu il oktyabrın 1-dən başlayıb və hökumət indiyədək müvəqqəti maliyyələşmə haqqında qətnamə əsasında fəaliyyət göstərmişdir.

Büdcə layihəsinin müzakirəsi Konqresin Nümayəndələr Palatasında və Senatda ciddi fikir ayrılıqları ilə müşayiət olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında