ABŞ Senatı hərbi büdcəni təsdiqləyib

ABŞ Konqresinin Senatı müdafiə siyasəti haqqında qanun layihəsini təsdiq edib. APA - nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, qanun layihəsi dövlət büdcəsindən ABŞ-ın hərbi xərclərinə 577 milyard dollar,  o cümlədən 64 milyard dollar xarici ölkələrdə hərbi əməliyyatların aparılmasına ayrılmasını nəzərdə tutur.

Nümayəndələr Palatası qanun layihəsini dekabrın 4-ü təsdiqləyib. İndi isə sənəd imzalanması üçün ABŞ prezidenti Barak Obamaya göndərilib.

Qanun layihəsinə əsasən, Pentaqonun baza büdcəsi 496 milyard dollar həcmində təsdiqlənib. Bunun 64 milyard  dolları dünyanın bütün münaqişə zonalarında, o cümlədən Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etmək üçündür.

Sənəd “İslam dövləti” terror qruplaşması ilə mübarizə üçün İraq hərbçilərinin, o cümlədən kürd silahlıları və Suriyanın müxalifətinin hazırlanmasına da sanksiya verir.

Energetika Nazirliyinə nüvə silahı üzərində işlərin aparılması üçün 17,9 milyard  dollar ayrılması nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında