Mərkəzi Bankda mətbuat konfransı

Azərbaycan Mərkəzi Bankı (MB) Beynəlxalq Əmanət Günü ilə əlaqədar oktyabrın 31-dən noyabrın 30-dək maliyyə savadlılığı aylığı çərçivəsində müxtəlif tədbirlər, seminarlar təşkil edib. Bu gün  aylığın yekununa həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında MB-nin Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Vüqar Əhmədov əhalinin maliyyə savadının artırılması məqsədilə görülən işlərdən danışıb. Bildirib ki, aylıq çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası, Əmanətlərin Sığortalanması Fondu, Bank Tədris Mərkəzi, 15 kommersiya bankı və kredit təşkilatlarının, habelə Təhsil Nazirliyi nümayəndələrinin iştirakı ilə maarifləndirici kampaniyalar təşkil olunub. Mərkəzi Bank yaxın günlərdə maliyyə savadlılığı portalını istifadəyə verəcək.

Bakı şəhərindəki 126 saylı məktəbin direktor müavini Səidə Əhmədova şagirdlər üçün maliyyə savadlılığının əhəmiyyətindən danışıb.

Daha sonra qurumlar arasında əməkdaşlığın perspektivləri diqqətə çatdırılıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında